İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi

İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyiAprelin 4-də Bakı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" məşvərət şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdi. 2015-ci ilin fevral ayından keçirilən bu tədbir artıq 3-cü ildir ki, həm də "yaşıl enerji" məsələlərini əhatə edir.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar" və "Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalarla davam etdirib. Bu kimi tədbirlər Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasında oynadığı rolun vacibliyindən xəbər verir. Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir. Bakıda keçirilən toplantı Azərbaycanın enerji diplomatiyasının çevikliyindən və ardıcıllığından xəbər verir. Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub.
Azərbaycanın Cənub Qaz Dəhlizinin tarixi çox məşəqqətli dövr yaşayıb. Belə ki, 1997-ci ildən bünövrəsi qoyulmuş bu dəhliz 2003-cü ildə layihənin rentabelsizliyi ehtimalı, eyni zamanda, digər təzyiqlərin və bürokratik proseslərin nəticəsi olaraq reallaşmamışdı. Lakin 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Bu 4 layihənin hər biri genişləndirilərək Cənub Qaz Dəhlizi formatında işə salınmasına gətirib çıxardı. Bununla da, Azərbaycan qazı ilə Avropanın təchiz edilməsinə start verildi. 2014-cü ildə bu proseslərin hüquqi status alması, proseslərdə idarəçiliyin daha yüksək səviyyədə aparılması məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. 2015-ci ildən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları keçirilməyə başladı və bu günədək davam edir.
3500 kilometr uzunluğunda olan bu Cənub Qaz Dəhlizinin layihə dəyəri 40 milyard dolları ötüb. Təsəvvür edin ki, boru kəmərinin keçdiyi dağların hündürlüyü 2700 metrə çatır, bu kəmər belə bir yüksəkliklərdən keçir. Bu da təbii ki, böyük əmək və uzun zaman tələb edir. Azərbaycan bütün yükü öz üzərinə götürərək, bu prosesləri nəhayət 2020-ci ildə yekunlaşdıraraq dekabrda Cənub Qaz Dəhlizinin açılışına nail oldu. Artıq Cənub Qaz Dəhlizi "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilmiş qazı Avropaya çatdırdı. Ancaq bu hələ başlanğıc idi. Bunun ardınca dəhlizin genişləndirilməsi ilə bağlı işlərə başlanıldı. Bu zaman üç versiya var idi. Birinci versiyada Cənub Qaz Dəhlizi 14 milyard kubmetrə qədər genişləndirilməlidir, hansı ki, nəzərdə tutulan həcm 10 milyarddır. Bu göstəricinin 14-ə çatdırılması birinci versiya idi. 17,1 milyard kubmetrə çatdırılma ikinci versiya idi. Və nəhayət, üçüncü versiyada 20 milyard kubmetrə çatdırılması oldu. Təbii ki, həcm artdıqca daha çox investisiya və daha çox işlər tələb olunurdu. Bu proseslərin getdiyi bir dönəmdə başlayan Rusiya və Ukrayna müharibəsi məhz üçüncü versiyanın reallaşmasına gətirib çıxartdı. Yəni dəhlizin strateji əhəmiyyətini nəzərə alınaraq 20 milyard kubmetrə qədər artırılması məsələsi artıq təsdiqləndi. 2027-ci ilə qədər bu hədəfə çatılması nəzərdə tutulur. Hazırda bu dəhlizlə 12-13 milyard kubmetrlik qaz ixrac olunur. Azərbaycan qaz strategiyasını uğurla davam etdirdiyi bir dönəmdə yaşıl konseptinin dünyada trend olması ölkəmizin üçüncü enerji strategiyasının hazırlanmasına və işə salınmasına səbəb oldu: "Bu üçüncü enerji strategiyası isə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına bilavasitə istehsal olunan elektrik enerjisinin əldə olunması strategiyası idi. Sonrakı mərhələ üçün bu daha da genişləndirilərək artıq hidrogen istehsalı və hidrogenin ixracı olaraq gündəmə gəldi. Azərbaycanın məhz yaşıl enerji strategiyası bütün kontekstlərdə özünü doğrultmağa başlayıb.
Avropa və Asiya ölkələrinin investorlarının bu sahəyə marağı artdı. Həmçinin BƏƏ, Səudiyyə Ərəbistanı, BP kimi şirkətləri ilə artıq hər biri təxminən 230-250 MVt gücündə elektrik stansiyasının inşa edilməsi ilə bağlı razılıq əldə olundu. İşlərin bir qismi artıq tamamlanıb. Bunlar Qaradağ Günəş Elektrik stansiyası, Xızı Külək elektrik stansiyası və Cəbrayıl Günəş elektrik stansiyasıdır. Perspektivdə ölkə üzrə yaxın müddət ərzində ilkin mərhələdə 5 GVt gücündə bu tip stansiyaların istifadəyə verilməsidir.
İstehsal olunacaq enerji isə məhz Avropaya ixrac ediləcək. Cənub Qaz Dəhlizinin perspektivləri neft və qaz strategiyasından daha uzunmüddətli və daha da perspektivli, ən əsası daha dividendli olacaq. Artıq Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulmaq niyyətilə müraciət etməsi Cənub Qaz Dəhlizinin perspektivlərindən xəbər verir. Düşünürəm ki, ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının səbəblərindən biri də məhz ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı verilmiş yekdil qərardır.
Bu, bilavasitə həm ölkənin müasir tələblərlə ayaqlaşdığını, müasir trendlərin tələblərinə daha çevik cavab verməsini, eyni zamanda bir qlobal gücə çevrilməsinin nişanəsidir. Düşünürəm ki, COP29-un Azərbaycanda keçirilməsinə dair ölkələrin yekdilliklə səs verməsinin səbəbi Azərbaycanın son bir ildə, bir ayda gördüyü işlər deyil, Azərbaycanın son 20 il ərzində davamlı olaraq apardığı etibarlı strateji və doğru siyasətin nəticəsi olaraq ölkəmizə münasibətdə formalaşmışdır.
Əbülfəz Mahmudov,
 Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzv / azxeber.com

Siyasi       Tarix: 07 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xeberler bugun 2026 muharibe kriminal xeberler gunun xeberleri