İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARDekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
azxeber.com xəbər verir ki, görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:
- Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.
Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq.
Bir daha qeyd edim ki, Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda, biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq, əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib - biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir.
Əlbəttə, mən hökumət üzvlərinin çoxsaylı səfərlərini də qeyd etməliyəm. Təkcə Prezident və Baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, müdafiə naziri mənə səfərinin uğurla keçdiyini bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu, çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür.
İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu nəyə baha başa gəlir. Bir daha, cənab Prezident. xoş gəlmisiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün slovak xalqı üçün böyük şərəfdir.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İlk öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konfransında iştirak etdiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz Baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.
Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq.
x x x
Slovakiya Prezidenti dövlətimizin başçısını Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş tarixi nailiyyət münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi.
Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
***19:16
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLARİlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR

Siyasi       Tarix: 09 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin-Əliyev görüşü... - "Baş tuta bilər"

"2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq məcrasında inkişaf edirdi. Onun fikrincə, həmin dövrdə siyasi dialoq

Rubinyanın Azərbaycan və Türkiyə ilə bağlı dedikləri gündəm oldu

Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması yaxın zamanda mümkün ola bilər. xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd Ruben Rubinyan bildirib. Onun sözlərinə görə, İrəvan Ankar

Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a bildirilib ki, səfər çərçivəsində parlament nümayənd

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsu

Rubinyandan müxalifətə ironik SUAL: "Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?"

Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb. KONKRET.azxəbər verir ki, "Ermənistan" fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsverməd

Prezident həmkarları ilə qolf oynadı - Fotolar

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

Qırğızıstanda "Baku Resort & Spa" açıldı - FOTOLAR

Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub. xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasını

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou iqtisadiyyat xeberleri bugun cəbhədən son məlumatlar xankendi