İlham Əliyevlə Ərdoğan Qazaxıstandakı vəziyyəti müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
"Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib", – Türkiyə prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.
Tokayevlə danışıqlar zamanı Ərdoğan qeyd edib ki, o, qardaş və dost Qazaxıstanda baş verən hadisələrin inkişafını diqqətlə izləyir, həlak olanların yaxınlarına başsağlığı verir və yaralıların sağalmasını arzulayır.
Prezident Ərdoğan Qazaxıstanla həmrəy olduğunu bildirib və vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləyir.
"Lazım gələrsə, Türkiyə istənilən texniki bilik və təcrübə mübadiləsinə hazırdır", – Ərdoğan qeyd edib.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı