İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.
"Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə bir-birlərini səmimi qəlbdən təbrik ediblər və hər iki ölkənin qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad etdiyini, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını bildiriblər", - deyə məlumatda qeyd edilir.
Prezidentlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin inkişafı barədə razılığa gəliblər. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar