"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub

"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən "Könüllülər İli" çərçivəsində 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə "Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu" keçirilib. 
ZOOM platforması üzərindən iki minə yaxın könüllünün iştirakı ilə baş tutan görüş, eyni zamanda Azərbaycan Könüllü Təşkilatları İttifaqının facebook səhifəsində canlı yayımlanıb. Dövlət himninin səslənməsi ilə başlayan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, musiqili fasilələr və intellektual yarışlar təşkil edilib.
Forumda BMT-nin baş katibi Antonio Quttereş, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, BMT Könüllülük Proqramının icraçı koordinatorunun müavini Toily Kurbanov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun könüllülərə müraciəti dinlənilib. Çıxışlar zamanı könüllülüyün gənclər arasında bir həyat tərzinə çevrildiyi, onların istər gündəlik fəaliyyətləri zamanı, istərsə də pandemiya və müharibə dövründə əsl həmrəylik və cəsarət nümunəsi olmağı bacardıqları qeyd olunub. İl ərzində cəmiyyətin müxtəlif sahələrinin inkişafına verdikləri töhfəyə görə könüllülərə təşəkkür edilib, qarşıdakı fəaliyyətlərində uğurlar arzu edilib. 
Daha sonra ölkəmizin müxtəlif bölgələrindən olan könüllülərin təbrik videosu izlənilib və "Könüllülük mənə nə qazandırdı?", "Hər bir könüllüyə təşəkkür edirik!" başlıqlı videoçarxlar nümayiş olunub. Musiqili fasilələr zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İTicket" və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyininin birgə layihəsi çərçivəsində ərsəyə gələn Türkiyənin məşhur "Manga" qrupunun solisti Fərman Akgül və əməkdar artist Sevda Ələkbərzadənin ifasında "Ulu Vətən" mannısı səsləndirilib, həmçinin könüllülərin ifasında da eyni mahnı təqdim edilib.
Tədbir könüllülərin həyəcanla gözlədiyi hissə - ilin ən fəal könüllülərinin elan edilməsi mərasimi ilə davam edib. Dörd fərqli kateqoriya – "Pandemiya dövründə könüllülük", "Müharibə dövründə könüllülük", "Sosial könüllülük" və "Ekoloji könüllülük" üzrə "İlin Könüllüsü" mükafatı ilə təltif olunan könüllülərin adları açıqlanıb.
Beynəlxalq Könüllülər Gününə həsr olunan Forum zamanı Azərbaycan Könüllülər Himni təqdim olunaraq, könüllülərə bu günə özəl kiçik sürpriz edilib. Musiqisi və sözləri gənc müğənni Tofiq Hacıyevə məxsus olan himn elə özünün ifasında da səsləndirilib.
Xatırladaq ki, dekabrın 4-də başlayan "Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu"nun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə Şəhidlər xiyabanı və Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət ediblər. Azərbaycan könüllülərinin vahid portalı olan konullu.az elektron portalının onlayn formatda təqdimatı keçirilib. 
"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub"İlin Könüllüsü" mükafatının qalibləri elan olunub

Sosial       Tarix: 05 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta beynelxalq bank mezenne xeber.az son xeberler sonxeber az