İlin siyasi akkordu: Paşinyan Əliyevlə Peterburq görüşünə nə ilə gedir? - TƏHLİL

İlin siyasi akkordu: Paşinyan Əliyevlə Peterburq görüşünə nə ilə gedir? - TƏHLİLErmənistan baş naziri ölkədəki revanşist-radikal qüvvələrin və erməni lobbisinin müqavimətini qırmaq zorundadır; politoloq: "Onun sözləri o vaxtadək söz olaraq qalacaq ki…"
Ermənistan baş naziri Nikol Paşinyanın ötən həftəsonu Qarabağ mövzusunda verdiyi bəzi açıqlamalar ehtiyatlı nikbinlik yaradıb. Onun həmçinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə sözləri də diqqət çəkib.
İlk baxışda postkonflikt durumunun şərtləri ilə səsləşən mövqedir. Lakin unutmaq olmaz ki, ondan cəmi iki gün qabaq Paşinyan təhlükəsizlik xidməti əməkdaşları ilə görüşündə "Artsax"ın "müstəqilliyi"nin beynəlxalq səviyyədə tanınmasının hökuməti üçün əsas hədəflərdən biri olduğunu söyləyib və bu məsələdə hələ də ATƏT-in Minsk Qrupu həmsədrliyinə güvənir.
Yəni belə çıxır ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini özünəməxsus formada təsəvvür edir. Baxaq görək o, bu yöndə praktik xarakterli hansı addımları atacaq. Çünki Ermənistanın hazırkı baş naziri sözü ilə əməli heç də həmişə üst-üstə düşən şəxs kimi yox, daha çox hakimiyyətini qorumağa çalışan birisi kimi tanınır…
*****
İlin siyasi akkordu: Paşinyan Əliyevlə Peterburq görüşünə nə ilə gedir? - TƏHLİLBu gün – dekabrın 28-də isə Sankt-Peterburqda Rusiya prezidenti Putinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-formal görüşü gözlənilir. Paşinyan bu tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib. "Belə əlaqə mütləq olacaq", – Ermənistan baş naziri deyib.
Ehtimallara görə, ikitərəfli görüşdə N.Paşinyan Azərbaycan Prezidenti ilə ən əvvəl haqqında danışdığı nəqliyyat kommunikasiyalarının açılması üzrə görüləcək işlərin detallarını müzakirə edəcək – nə barədə ki, Brüssel danışıqlarından sonra anons vermişdi.
Rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsova görə, Əliyevlə Paşinyan arasında bir sıra məsələləri aradan qaldıracaq yeni görüş mümkündür.
"Bakı başa düşür ki, Ermənistana etibar etmək olmaz. Hamımızın gözü önündə Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın "icrası" nümunəsi var. Sözügedən bəyanatda martın 30-dək bu istiqamətdə kollektiv fəaliyyət planının yaradılması nəzərdə tutulurdu. Lakin üstündən 9 ay ötsə də, bəyanatın həyata keçirilməsi istiqamətində heç nəyə nail olunmayıb", – deyə ekspert xatırlatma edib.
Tarixçi-analitikin fikrincə, ciddi hüquqi təminatlar olmadan, heç bir dövlət yolların tikintisi üçün böyük büdcə investisiyaları riskini öz üzərinə götürməyəcək: "Bu səbəbə Azərbaycanın hüquqi sənədə ehtiyacı var. Adətən bu vəzifədə ölkənin ali qanunverici orqanının deputatları tərəfindən ratifikasiya tələb olunmayan hökumətlərarası sazişlər olur. Ermənistan cəmiyyətində və ya onun radikal hissəsində dövlət suverenliyinin pozulması bəhanəsi var və bu da Köçəryan kimi radikal erməni siyasətçilərinin tərəfdarlarının kütləvi etirazlarına səbəb ola bilər. O səbəbə Azərbaycanla Ermənistan arasında dövlətlərarası və ya hökumətlərarası saziş formasında müvafiq beynəlxalq hüquqi sənədlər imzalanmayanadək Paşinyanın sözləri yalnız söz olaraq qalacaq".
*****
İlin siyasi akkordu: Paşinyan Əliyevlə Peterburq görüşünə nə ilə gedir? - TƏHLİLÖz növbəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini, ekspert Darya Qrevtsova hesab edir ki, Paşinyan həmişə Ermənistanın iqtisadi inkişafının tərəfdarı olub, hansı ki, indiki şəraitdə mümkün deyil və artıq o başa düşüb ki, vəziyyəti dəyişmək lazımdır.
KONKRET.az-ın məlumatına görə, bu barədə ekspert Caliber.az-a açıqlamasında bildirib.

Darya Qrevtsova 
Bununla belə, politoloq sərhədlərin demarkasiyası və delimitasiyası problemlərinin həll olunmaması üzündən Azərbaycanla Ermənistan arasında yeni silahlı toqquşmaları istisna etmir: "Demarkasiyası və delimitasiya məsələlərində mübahisəli məqamlar və kəskin ziddiyyətlər şübhəsiz, olacaq. Məsələ həm də ondadır ki, Paşinyanın Ermənistandakı revanşist qruplaşmaları və qeyri-qanuni hərbi birləşmələri tamamilə öz nəzarətinə götürdüyünü söyləmək çətindir. Təxribatlar həm də buna görə mümkündür".
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin taleyinə toxunan ekspert güman edir ki, Azərbaycan müqaviləni uzatmayacaq və 5 ildən az müddətdə hərbçilər öz postlarını tərk edəcəklər. "Nəzərə alsaq ki, Ermənistan Qarabağı tamamilə Azərbaycana qaytarmaq istəmir ki, Xankəndində Azərbaycan bayraqları və Azərbaycan polisi olsun, Bakı Xankəndini azad etmək üçün ora hərbi qüvvə göndərə bilər. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar üçün səbəblər çox ola bilər. Ona görə də təəssüf ki, gələcəkdə onlar qaçılmaz olacaq", – deyə rusiyalı analitik əlavə edib.
*****
Təbii ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan barışığına mane olan ciddi amillərdən biri də beynəlxalq erməni lobbisidir. Ancaq nə vaxta qədər?
"Cənubi Qafqazda çox fərqli proses gedir". Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib (Axar.az).
Kalın bildirib ki, ABŞ-dakı erməni lobbisi anti-Ttürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib: "Ancaq indi erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb".
Türkiyə rəsmisinin sözlərinə görə, Ankara və İrəvan qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atır: "Normallaşma prosesindən ən çox Ermənistan qazanacaq. Dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək".
*****
Yuxarıda vurğulandığı kimi, artıq Paşinyan hökuməti anlayıb ki, qonşu Türkiyə və Azərbaycanla əlaqələr qaydaya düşmədən onun erməni xalqına vəd elədiyi iqtisadi inkişaf və rifah mümkün olmayacaq. Demək, hakimiyyət dayaqları da kövrək olaraq qalacaq. Tərəqqi mümkün olsaydı, hakimiyyətdə olduğu 3 il 8 ayda olardı.
İndi qalır bu gerçəyi erməni xalqının da birmənalı qəbul eləməsi və daxildəki və xaricdəki radikal-revanşist qüvvələri həmişəlik iqnor eləməsi. Bu mənada Paşinyanın Əliyevlə Peterburq görüşünə nə ilə gedəcəyi mühüm önəm daşıyır… /musavat.com/

Siyasi       Tarix: 28 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Belə avtomobillə heç yerə getmərəm' - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib. APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərind

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər son xeberler bugun 2026 muharibe maraqlı xəbərlər sonxabar az