İlon Maskın peykləri yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanı görməyə mane olub - VİDEO
İlon Maskın peykləri yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanı görməyə mane olub - VİDEO
Qlobal internet sisteminin peyki "Starlink" yeddi min ildən bir görünən və son yeddi ilin ən parlaq kometası olan C / 2020 F3-ü (NEOWISE) müşahidə etməyə mane olub.
Bu barədə astrofotoqraf Daniel Lopez "Gizmodo"ya açıqlamasında bildirib.
D.Lopez "Facebook"da Tenerife adasında (İspaniya) yerləşən Teyde Milli Parkından çəkilmiş NEOWISE kometasının şəklini yayımlayıb. Mütəxəssis görüntüdə kometadan əlavə, "Starlink" peyklərinin buraxdığı parlaq zolaqların da əks olunduğunu görüb.
"Bu, astronomik müşahidələrin bildiyimiz şəkildə müşahidəsinin sonudur", - deyə Lopez bildirib.
Onun sözlərinə görə, dünya astronomları və astrofizikləri birliyi, kiçik peyklərin Yer ətrafı orbitə yerləşdirilməsindən narahatdırlar. Astrofotoqrafın sözlərinə görə, səmada uçan cisimlər elmi araşdırmalara mane olur.
Xatırladaq ki, aprel ayında İlon Mask astronomik müşahidələr aparmağa mane olmamaları üçün "SpaceX" şirkətinə məxsus "Starlink" peyklərinin "Günəş əleyhinə çətirlər"lə təchiz olunacağını demişdi.



Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb