İmtahanda maksimum nəticə göstərən məktəbli: "Xaricdə ali təhsil almağı düşünürəm" - AÇIQLAMA + FOTO

İmtahanda maksimum nəticə göstərən məktəbli: İmtahanda maksimum nəticə göstərən məktəbli: "Xaricdə ali təhsil almağı düşünürəm" - AÇIQLAMA + FOTO
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Oxu.Az-ın əməkdaşı imtahanda 300 bal toplayan bir neçə məktəbli ilə danışıb.
Onlardan biri Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey şagirdi Aylin Xəlillidir.
İmtahanda maksimum nəticə göstərən məktəbli: O, həkim olmaq istədiyini qeyd edib:
"Bu nəticəni gözləyirdim. Müəllimlərin də çox əziyyəti oldu. Suallar orta səviyyədə idi. Çətin gəlmədi. IV ixtisas qrupuna hazırlaşıram. Həkim olmaq ən böyük arzumdur. Xaricdə ali təhsil alıb, ölkəmə qayıtmağı düşünürəm. Ölkəmə fayda vermək istəyirəm. Ailədə həkim yoxdur. Ailəm də buna görə həkim olmağımı istəyirlər. İki il sonraya 700 balı hədəfləmişəm".
Bakı şəhəri, 270 saylı orta məktəbin şagirdi Nəsib Alıyev isə riyaziyyat fənninin bir qədər çətin olduğunu qeyd edib:
İmtahanda maksimum nəticə göstərən məktəbli: "Çox yaxşı oxuyuram. Nəticəm gözlənilməz olmadı. Dərslərə daim yaxşı hazırlaşmışam. Ailəm də gözləyirdi. İmtahan asan idi. Riyaziyyat bir qədər çətin idi. IV ixtisas qrupu üzrə hazırlaşıram. 5-ci sinifdən həkim olmaq istəyirəm. Uşaqlıq arzumdur. Tibb Universitetində oxumağı düşünürəm. Hələ ki, xaricdə təhsili düşünmürəm".
Nəzrin Vahid

Maraqlı       Tarix: 30 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou xəbər az sonxeber.az son xeberler bugun 2026 canli