İmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTO

İmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTOİmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTO
Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü qız, biri oğlandır.
Oxu.Az-ın əməkdaşı imtahanda 300 bal toplayan bir neçə məktəbli ilə danışıb.
Onlardan biri Bakı şəhəri, Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəylidir.
İmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTOO, həkim olmaq istədiyini qeyd edib:
"IV ixtisas qrupuna hazırlaşıram. Həkim olmaq uşaqlıq arzumdur. Babam da həkimdir. Ona baxıb, özümə nümunə götürmüşəm. Nəticəni gözləmirdim. Düzdür, keçən ilə nisbətən builki suallar mənə daha asan gəldi. Bəzi açıq tipli tapşırıqlara görə maksimum bal yığa bilməyəcəyimi düşündüm. Lakin arxayın idim".
A.Rzabəyli hədəfinin 700 bal toplamaq olduğunu bildirib:
"Əlimdən gəldiyi qədər oxuyuram ki, nəticəni əldə edim. Bakıda təhsil almağı düşünmürəm, xaricdə oxumaq istəyirəm. Yaşıdlarıma məsləhət görərdim ki, zəif olduqları mövzuları yenidən oxusunlar. Özləri üçün uyğun metod yaratsınlar".
Qəbələ rayonu, Həmzəli kənd orta məktəbinin şagirdi Elşən Yusibov isə deyib ki, maksimum nəticə üçün gecə-gündüz çalışır:
İmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTO"IV ixtisas qrupuna hazırlaşıram. Bu nəticə üçün çox çalışdım. Səhər məktəbə, günorta kursa gedirəm. İmtahan nəticələrim yaxşı olduğundan kursa ödəniş etmirəm. Kursda da birinci pillədəyəm. Tibb universitetinə hazırlaşıram. Ürək həkimi olmaq istəyirəm".
E.Yusibov 700 bal toplamağı uşaqlıqdan xəyal etdiyini söyləyib:
"Buraxılışdan, əslində, yüksək nəticə gözləyirdim. Özümə əmin idim. 700 bal toplamaq arzumdur. Bunun üçün çalışacağam. Hələ ki Bakıda təhsil almağı düşünürəm. Daha sonra xaricdəki təhsil təcrübəsini sınaya bilərəm".
Buraxılış imtahanında maksimum nəticə göstərənlərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, 146 saylı orta məktəbin şagirdi Fatimə Qasımovadır.
İmtahanda maksimum nəticə göstərən məktəblilər hansı təhsilə hədəfləniblər? - AÇIQLAMA + FOTOF.Qasımova mühəndis olacağını bildirib:
"I ixtisas qrupu üzrə hazırlaşıram. Uşaqlıqdan fizika, kimya, riyaziyyata marağım olub. Sırf bu fənlərə hər zaman üstünlük vermişəm. Uğurumun təməli uşaq yaşlarımdan ciddi və məsuliyyətli olmağımdır. Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə təhsil almağı düşünürəm".
O, hədəfinin 700 bal olduğunu vurğulayıb:
"Buraxılışda maksimum nəticəni gözləmirdim. Hətta çətin olacağını düşünürdüm. Açığı, 290 baldan yuxarı gözləyirdim. İmtahanda gördüm ki, suallar asandır. Ötən gün cavabı yoxlayanda gördüm, qapalı tipli test tapşırıqlarının hamısını düz yazmışam. Açıqdan ehtiyat etdim. Düşündüm, yarı bal da verərlər. Lakin maksimum nəticəni gördüm. Çox sevindim.
Hədəfim 700 baldır. Yəni bununla iş bitmir, 400 balı da toplamalıyam. Tam nəticə istəyirəm. Qəbul imtahanlarına fokuslanmışam. Əvvəl Bakı Ali Neft Məktəbində təhsilimi alacağam. Sonra xaricdə təhsilə yönəlməyə düşünürəm.
Yaşıdlarıma tövsiyəm odur ki, dərsi sevə-sevə oxusunlar. Gələcək üçün məsuliyyət hiss etsinlər. Bezmədən, çətinliklərə baxmayaraq davam etmək lazımdır".
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 209   Tarix: 03 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler xeber saytlari şou biznes xəbərləri maşın realiti şou