İnfarkt və insultun qarşısını alan məhsullar açıqlandı

İnfarkt və insultun qarşısını alan məhsullar açıqlandıYunan alimlərinin apardıqları tədqiqatlara əsasən, tərkibində yüksək miqdarda  D vitamini olan məhsullar ürək - damar sisteminə qoruyucu təsir göstərirlər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələri "MedicalXpress" nəşrində yerləşdirilib.
2001-ci ildən 2012-ci ilədək elmi qrup üç mindən çox kişi və qadının qidalanma və səhhəti  haqqında məlumatları təhlil edib. Məlum olub ki, D vitamini ilə zəngin çoxlu miqdarda qida qəbul edən insanlarda ürək-damar xəstəlikləri riski minimal olub. Belə xəstələrin pəhrizinə yağlı balıq, yumurta, pendir, kərə yağı və digər məhsullar daxil idi.
Beləliklə, tədqiqat zamanı bu vitamini az qəbul edən qrupda kişilərin 24 faizi, qadınların isə 14 faizində infarkt, insult və ya digər ürək xəstəlikləri baş verib, orta miqdarda qəbul edən iştirakçılarda bu göstəricilər müvafiq olaraq 17 faiz və 10 faizədək azalıb. Tərkibində bu fəal maddənin yüksək miqdarda olduğu qida qəbul edən kişilərin 12 faizi, qadınların isə 11 faizində ürək problemləri müşahidə olunub.
Alimlər D vitaminini qidadan almağı məsləhət görürlər, belə ki, bu halda o maksimal dərəcədə faydalı olur.
"Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, D vitaminini əlavələr şəkində qəbul edərkən, o, ürək əzələlərinin işinə neytral, yaxud zəif təsir göstərir. Bunun əksinə olaraq, D vitamininin qidanın tərkibində istehlakı, əsasən kişiləri olmaqla,  ürək-damar xəstəliklərindən müdafiə edə bilər", - deyə məqalədə bildirilir.
D vitamini ilə zəngin olan məhsullar: yağlı balıq, yumurta sarısı, kərə yağı, pendir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər