İnfeksionist koronavirusa yoluxmanın yeni sirrini AÇDI - Hüceyrələrə nüfuz edir və...
Rusiyalı infeksionist Timur Bessarab koronavirusa yoluxmanın xüsusi mexanizmi haqqında danışıb.
Milli.Az xəbər verir ki, tibb elmləri namizədi, koronavirusla əlaqəli vəziyyətə nəzarət üzrə qərargahın üzvü olan Bessarab RT kanalına verdiyi müsahibədə COVID-19-a yoluxma mexanizmi barədə söhbət açıb:
"Koronavirusun hüceyrələrə nüfuz etmək üçün xüsusi üsulu var. O digər əksər viruslar kimi ixtiyari yerlərdə hüceyrə membranına nüfuz etmir. Yeni tip virusun tacı həyati fəaliyyət üçün vacib olan zülallarla "korona"nın molekullarını əvəz etməklə hüceyrələrə hücum etməyə xidmət edir.
Qeyd edək ki, bundan öncə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri ("Rospotrebnadzor") Anna Popova 1-ci kanala müsahibəsində bildirmişdi ki, COVID-19-a yoluxan xəstələrdə virusa qarşı immunitet yaranır. Onun sözlərinə görə, M və G immunoqlobulinləri sayəsində orqanizm yeni yoluxmadan qorunur.
Əlavə edək ki, COVID-19 160-dan çox ölkədə qeydə alınıb, 380 mindən artıq insan bu virusa yoluxub, onlardan 100 mindən çoxu sağalıb. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ