İngiltərədə maskalı gənc Kraliça Elizabeti öldürməklə hədələdi - FOTO/VİDEO
İngiltərədə maskalı gənc Kraliça Elizabeti öldürməklə hədələdi - FOTO/VİDEO
Vindzor qəsri ərazisinə girdiyi üçün saxlanılan şəxs bir müddət əvvəl əlində arbaletlə çəkilmiş videosunu dostlarına göndərib. Kadrlarda o, 1919-cu ildə Hindistanda Britaniya müstəmləkə qoşunları tərəfindən Amritsarda törədilən qətliamın qisasını almaq üçün Kraliça II Elizabeti öldürmək niyyətini bildirib.
19 yaşlı silahlı şəxsi dekabrın 26-da kraliça II Elizabet və ailəsinin Milad bayramını qeyd etdiyi Vindzor ərazisində saxlanılıb. Bildirilib ki, həmin şəxs əraziyə girsə də, heç bir binaya daxil olmayıb. Axtarış zamanı onun üzərindən arbalet tapılıb.
Qeyd edilir ki, polis şübhəli şəxsi saxlamazdan 24 dəqiqə əvvəl o, "Snapchat" hesabından dostlarına qara kapüşonlu və maskalı halda, həmçinin əlində arbaletlə kameranı nişan aldığı vəziyyətdə əks olunduğu videonu göndərib.
"Təəssüf edirəm. Etdiklərimə və edəcəyim işlərə görə üzr istəyirəm. Mən kraliça Elizabeti öldürməyə çalışacağam", - deyə o, səsi dəyişmiş şəkildə deyib.
Videoda o, həmçinin bildirir ki, onun hərəkəti 1919-cu ildə Amritsar qırğını zamanı həlak olanların qisasıdır (1919-cu il aprelin 13-də Britaniya İmperiyasının müstəmləkə qoşunları tərəfindən Şimali Hindistanın Pəncab əyalətinin Amritsar şəhərində mülki əhali gülləbaran edilmişdi).
"Bu, həm də irqinə görə öldürülən, alçaldılan və məzlum olanların qisasıdır. Mən hind siqhiyəm. Mənim adım Casvant Sinq Çali idi, adım Dart Consdur", - deyə videoda deyilir.
Saxlanılan şəxs psixi sağlamlıq müayinəsindən sonra tibb işçilərinin nəzarətinə verilib.

Mənbə: The Sun
Turlar.az [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü