İnsan-heyvan hibridinin yaradılmasının cəmiyyət üçün təhlükələri açıqlandı
İnsan-heyvan hibridinin yaradılmasının cəmiyyət üçün təhlükələri açıqlandı
İnsan-heyvan hibridinin yaradılması cəmiyyəti ciddi etik problemlərlə təhdid edir.
Bu barədə "The Conversation" elmi jurnalı məlumat verir.
Bundan əvvəl molekulyar bioloqlar tarixdə ilk dəfə insan və sinomolgus makakalarının (Macaca fascicularis) hüceyrələri ilə embrionlar yaradıblar. Təcrübə ximeraların (elm adamları müxtəlif hüceyrələr qrupundan canlı orqanizmləri belə adlandırırlar) böyüməsinin mexanizmini öyrənmək üçün aparılıb. Gələcəkdə ximeraların transplantasiya üçün orqan yetişdirmədə istifadə ediləcəyi gözlənilir.
Bildirilir ki, ən çətin etik məsələlər, fərqli hüceyrə dəsti olan embrionlarla deyil, canlı doğulmuş ximeraların, məsələn, insan-donuzun yaradılması ilə əlaqəlidir. Çünki insanların digər heyvanlardan daha yüksək mənəvi statusa sahib olduğuna inanılır, lakin hibridlərin yaradılması bu həddi silir.
"Ən çətini məsələ budur ki, onları orqan nəqli mənbəyi olaraq, zərərli tədqiqatlarda və ya başqa məqsədlər üçün istifadə etməyə (və hansı şərtlər daxilində) icazə vermək olarmı (Hansı ki, bu işlərdə insandan istifadə etmirik)?", - deyə məqalədə bildirilir.
Məqalə müəllifi hesab edirlər ki, gələcəkdə ximeraları öyrənmək, davranışlarını müşahidə etmək və yeni tədqiqat standartları yaratmaqla etik məsələlər həll ediləcək. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR