İnsan kapitalının inkişafına yönələn iqtisadi siyasət

İnsan kapitalının inkişafına yönələn iqtisadi siyasətPrezident İlham Əliyev: "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir"
Bu gün Azərbaycan hökumətinin neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzində saxlaması mühüm əhəmiyyət kəsb edir. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatının güclən-dirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli investisiyalar yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını şərtləndirir. Hazırda Cənubi Qafqaz regionu iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının ümumi payı üstünlük təşkil edir. Mütəxəsisslərin fikrincə, makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
"Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir"
Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir. Ölkədəki dayanıqlı iqtisadiyyatdan, sabitlikdən, aparılan islahatlar və abadlıq işlərindən fərəhlənən Prezident İlham Əliyev deyib ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir: "Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı
beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir".
Son illər görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində Azərbaycanın regionları da tamamilə dəyişib. Yeni tikililəri, abad yolları və küçələri ilk andan diqqəti çəkir. Regionların inkişafına dair Dövlət proqramları xətti ilə rayonlarda xeyli iş görülüb, insanların rifahının yaxşılaşdırılması istiqamətində gərəkli tədbirlər həyata keçirilib. Müxtəlif istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması insanların həyat tərzinə, dolanışığına müsbət təsir edir. Regionlarda sahibkarlığın inkişafına ciddi diqqət yetirilir. Dövlətin qayğısı bu sahənin çətinliklərinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Rayonlarda fermerlər, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar da dövlət qayğısından yetərincə bəhrələnirlər.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası iqtisadiyyatımızın inkişafına öz müsbət təsirini göstərəcək
Davamlı iqtisadiyyat- dövlətin iqtisadi siyasətinin mayasını bu təşkil edir. Dövlətin regionların inkişafına diqqəti də bu siyasətdən doğur. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev diqqətini regionladan çəkmir. Xüsusən, hazırda prioritet işağldan azad olunan rayonların bərbası istiqamətdə işlərin görülməsidir. Dövlət tərəfindən işğaldan azad olunan ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası işlənib. Artıq işğaldan azad olunan rayonların bərpası ilə bağlı planlar icra olunmağa başlayıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpası da iqtisadiyyatımızın inkişafına öz müsbət təsirini göstərəcək. Buna Prezident İlham Əliyevin işağdan azad olunan rayonlara səfərləri və çıxışları daha da inam və əminlik yaradır: "İşğaldan təmizlənən ərazilərimizdə salamat bir bina, bir infrastruktur qalmayıb. Bütün yaşayış məntəqələri xarabalığa çevrilib. Yeraltı və yerüstü sərvətlər talan edilib. Erməni barbarlığı o həddə çatıb ki, hətta evlərin pəncərə çərçivələri, unitazlar belə oğurlanıb. Ona görə də biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik. Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaqlar..."
İqtisadi artımı təmin etmək məqsədilə Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılır
Hazırda ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsi dövlətin uğurlarının əsas amilidir. İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərdəndir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində
Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş Nazirliyin yeni binasının açılışı dolayısı ilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Bu siyasət insan kapitalının inkişafına, ölkədə işsizliyin səviyyəsinin aşağı salınmasına, dövlət büdcəsi xərclərinin sosial istiqamətinin artırılmasına yönəldilib ki, bu da sonda əhalinin həyat səviyyəsinin artırılmasına gətirib çıxaracaq. İqtisadi artımını təmin etmək məqsədilə Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılır, energetika, ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üzrə sistemli tədbirlər görülür. Ölkənin diversifikasiyası genişləndirilib və biznes mühiti təkmilləşdirilib. Davamlı olaraq aqrar sektorun inkişafı dəstəklənir. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadirdir. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla iqtsiadi uğurlara nail olur.
Hacıyeva Xatirə,
298 saylı tam orta məktəbin direktoru

Siyasi       Tarix: 07 iyun 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər butun xeberler cəbhədən son vəziyyət valyuta məzənnələri