İnsana ən kəskin ağrını yaşadan böyrək daşları nədən yaranır?

İnsana ən kəskin ağrını yaşadan böyrək daşları nədən yaranır?Böyrək daşı xəstəliyi – ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman əriməyən duzlar böyrəkdə müxtəlif ölçülərdə daşların yaranmasına səbəb olur. Böyrək daşı xəstəliyi xroniki, təkrarlanan metabolik xəstəlikdir. Əsasən 20-50 yaşlarında təsadüf olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Mərkəzin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, xəstəlik daha çox kişilərdə rast gəlinir:
"Xəstəliyin yaranma səbəblərinə gəlincə, düzgün olmayan qidalanma və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), irsi meyillilik, genetik faktorlar, böyrəyin quruluş anomaliyaları, isti iqlim qurşağı, bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar, sidikdə normadan artıq kalsium, oksalat artığı, əvvəllər böyrək daşı olanlar, sidik yollarında yad cisimlər, artıq çəki, uzun müddət hərəkətsiz qalmaq və sairə səbəbləri göstərmək olar. Daşlar sidik yollarında hər yerdə ola bilər və bu da çox vaxt qanaxma və ağrıya səbəb olur. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyini, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində ağrı yaradır. Bəzən ağrı o qədər güclü olur ki, xəstələr ağrıya dözə bilmirlər. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olarsa, ağrı xüsusilə qarnın alt hissəsində hiss edilir. Sidikdə qan, sidik ifrazı zamanı yanma hissi, temperatur və tərləmə müşahidə oluna bilər".
Həkim-terapevt böyrək daşının əlamətlərinin ağrı (böyrək sancısı), sidikdə yanma hissi, qanama, ürəkbulanma və qusma kimi hallar olduğunu nəzərə çatdırıb.
V.Hüseynova böyrək daşı xəstəliyi ilə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq üçün mütləq ətraflı anamnez toplamağın zəruriliyini də vurğulayır:
"Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir. Diaqnoz USM vasitəsilə qoyulur. Xəstəliyin müalicəsi konservativ və cərrahi yolla aparılır".
Həkim-terapevt onu da bildirir ki, su içmək əvəzinə həddən artıq çay və qəhvə içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Buna görə də gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda hərəkətsiz qalmaq, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər də böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.
Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinizə müraciət edin! Onlar sizi müvafiq müayinələrdən keçirərək, zərurət olduğu halda digər dar ixtisas həkimlərinə və laborator analizlərə yönəldəcəklər.
Bəzən daşınız da ağır olur. Çalışın böyrəyinizə daş düşməsin. Böyrəkdəki ən xırda daş belə insana böyük ağrılar verir.

Sağlamlıq       Tarix: 06 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az son xəbər xeber.az bu gun