İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib: O, müasir incəsənət barədə çıxış edəcək
İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib: O, müasir incəsənət barədə çıxış edəcək
Ai-Da adlı insanabənzər robot Böyük Britaniya Parlamentində Rəqəmsal Texnologiyalar üzrə Lordlar Palatasının Komitəsinin iclasında çıxış etmək üçün dəvət alıb.
Bildirilir ki, android-rəssam robot öz çıxışında süni intellektin müasir incəsənətin inkişafına təsirindən danışacaq. Ai-Da həmçinin yaradıcı peşə sahiblərinin neyron şəbəkələrin aktiv inkişafından qorxmalı olub-olmamaları barədə fikrini bildirəcək. O, neyron şəbəkələrin mətn sorğuları əsasında şəkillər yaratmaq bacarıqlarına insanların münasibəti barədə də şərhlər verəcək.
Humanoidin yaradıcısı britaniyalı qalereyaçı Eydan Mellerdir. Robotun çıxışı oktyabrın 11-nə planlaşdırılır. Meller həmçinin 2019-cu ildə "Engineered Arts" şirkəti ilə birlikdə android yaratmışdı.
Ai-Da adı isə ilk qadın kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoyulub. Robot kameralarla təchiz olunub ki, bu kameralar ona gözləri əvəz edir. Robot-rəssam həm də danışa, suallara cavab verə və həm də rəsmlər yarada bilir.
Mənbə: "Daily Mail" / oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR