İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTO

İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTOİnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTO
"İnsan özünü xarici aləmdən qorumağa çalışdıqda, onun bədəni şüuraltı olaraq bu niyyəti oxuyur və "zireh" qurmağa başlayır. Həddindən artıq çəki - bədənin özünü müdafiə etdiyi qabıqdır".
Bunu transformasiya üzrə məşqçi Natalya Kozlovskaya insanların artıq çəkili olmalarının psixoloji səbəblərini izah edərkən bildirib.
Onun sözlərinə görə bu, bədənin öz qoruyucu funksiyasını işə salması səbəbindən baş verir.
İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTOEkspert bildirib ki, artıq çəkili olmağın ikinci psixosomatik səbəbi nəzərə çarpmaq, vacib olmaq istəyidir:
"Bu vəziyyətdə bədən siqnalı genişlənmə ehtiyacı kimi oxuyur. O, təqribən bu cür işləyir: nə qədər böyük olsam, məni bir o qədər tez görərlər və müvafiq olaraq məni daha çox sevərlər. Əlavə kiloqramların köməyi ilə bədən deyir: "Mən buradayam, varam, məni sev", - deyə təlimçi izah edib.
İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTOMütəxəssis artıq çəkinin üçüncü səbəbi kimi məcburi sükutu göstərib: bu, insanın duyğularını, hisslərini, sözlərini özündə gizlətdiyi vaxt baş verir.
"Söhbət özümüzün zərərinə susmağa çalışmağımızdan, "yox" cavabını verə bilməməyimizdən, başqalarının gözləntilərini anlamağa və özümüzün deyil, onların ehtiyac duyduqları kimi cavab verməyə çalışmağımızdan gedir. Təbii ki, bu cür susqunluq insanın öz nöqteyi-nəzərini müdafiə etməyə çalışmasından daha asan olur. Amma bu vaxt hər kəsdən gizlətdiyimiz duyğular və həqiqi hisslər içimizdə yığılır, toplanır və əlavə kiloqramlara çevrilir", - deyə Kozlovskaya bildirib.
İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTOMənbə: Moslenta / oxu.az

Maraqlı       Tarix: 12 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026