İnsanın naməlum əcdadı tapıldı
İnsanın naməlum əcdadı tapıldı
Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.
Məqalə "Nature" jurnalında dərc olunub.
Ətrafların sümüklərinin saxlandığı yeni növ "Danuvius guggenmosi" adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın baş barmağı var idi ki, bu da "D. Guggenmosi"nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.
Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən dördayaqlı primatdan yaranıb. Lakin "D. Guggenmosi" həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb