İnternet kəsintisi dünya iqtisadiyyatına 8 mlrd. dollardan çox zərər vurub
Ötən il müxtəlif ölkə hökumətləri tərəfindən internetin qəsdən kəsilməsi səbəbindən dünya iqtisadiyyatı 8,05 mlrd. ABŞ dolları dəyərində itki ilə üzləşib.
Milli.Az APA-ya istinadla xəbər verir ki,il ərzində internet kəsintisi 21 ölkədə qeydə alınıb. Kəsintilərin sayı 122, ümumi müddəti isə 18 min saatdan çox təşkil edib.
2016-cı illə müqayisədə ötən il qlobal iqtisadiyyat üçün internet kəsintisi nəticəsində dəyən zərər 235% artıb ki, bu da rekord göstərici kimi qeydə alınıb.
Ölkələr arasında kəsintinin dəyərinə görə lider İraq olub. Bu ölkənin iqtisadiyyatına dəyən zərər 2,3 mlrd. dollar təşkil edib. Sudanda bu rəqəm 1,9 mlrd. dollara, Hindistanda - 1,3 mlrd. dollara, Venesuelada - 1,1 mlrd. dollara, İranda isə 0,6 mlrd. dollara bərabər olub. Əksər hallarda internetin kəsilməsi etiraz və iğtişaşlara cavab olaraq baş verib.
Dünya iqtisadiyyatına, insan haqlarına və demokratik proseslərə mənfi təsir göstərməsinə baxmayaraq, bu il ərzində də internet kəsintilərinin davam edəcəyi gözlənilir. Qlobal iqtisadiyyat üçün itkilərin də artacağı ehtimal olunur.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi