İnterval iki dəqiqə olduğu halda, gur saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMA

İnterval iki dəqiqə olduğu halda, gur saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMAİnterval iki dəqiqə olduğu halda, gur saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMA
"Bakı Metropoliteni"ndə gur saatlarda qatarlararası interval iki dəqiqə olaraq müəyyənləşib. Lakin bəzən qatarın gəlməsinin iki dəqiqədən daha çox vaxt apardığını da müşahidə edirik. Son günlər metropolitenin "Qara Qarayev" stansiyasında səhər saat 08:15-08:30 radələri arasında qatarların 3-4 dəqiqəlik intervalla işləməsi müşahidə olunur. Bu isə özlüyündə sıxlığa gətirib çıxarır və vətəndaşların vaqonlara daxil olması bir qədər də çətinləşir.
Bəs görəsən, intervalın 3-4 dəqiqəyə çatma səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gur saatlarda interval iki dəqiqədir, ancaq bəzi xüsusi hallarda gecikmələrin baş verməsi mümkündür:
İnterval iki dəqiqə olduğu halda, gur saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMA"Bizim verdiyimiz məlumatlarda o da əks olunub ki, ehtiyat qatar xəttə bir çox hallarda "Nəriman Nərimanov" stansiyasından daxil olur. Qeyd edilən saatlarda sıxlığın aradan qaldırılması üçün əks istiqamət üçün də tədbirlər görülməlidir. Bu hal baş verdikdə isə "Ulduz" stansiyasından "Həzi Aslanov"a qədər qatarlararası interval normadan artıq ola bilir. Əfsuslar olsun ki, "Bakı Metropoliteni"nin elektrik deposu məhz xəttin ortasında yerləşir. Hər xəttin öz deposu prinsipinə tam əməl etmək olmur. Yaşıl xəttin elektrik deposu hələ ki inşa mərhələsindədir".
Qurum rəsmisi diqqətə çatdırıb ki, gələcəkdə xətlər ayrıldıqda, hər xəttə öz deposu xidmət göstərdikdə bu problemlər olmayacaq:
"Bu gün isə gur saatlarda vəziyyəti tənzimləmək üçün xəttə ehtiyat qatarlar buraxılanda belə bir hal yaşana bilir. Hətta bizim bir ehtiyat qatarımız səhər saat 6:40-da xəttə daxil olur. O qatar "Memar Əcəmi" - "Neftçilər" arasında dövrə vurur. Bu isə o deməkdir ki, həmin qatar stansiyalardan çıxanda "Memar Əcəmi"dən üzü "Dərnəgül"ə, "Neftçilər"dən isə "Həzi Aslanov"a qədər siz eyni qayda ilə iki dəqiqədən artıq interval görəcəksiniz. Bunlar texniki məsələlərdir, optimal həll yollarını tətbiq edirik".
İnterval iki dəqiqə olduğu halda, gur saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMASayad Həsənli

Maraqlı       Tarix: 09 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər xabar az zelzele dunyada son xeberler