İosif Arçvadze: "Azərbaycan və Gürcüstana səyləri birləşdirmək lazımdır" - MÜSAHİBƏ

İosif Arçvadze: "Azərbaycan və Gürcüstana səyləri birləşdirmək lazımdır" - MÜSAHİBƏİosif Arçvadze: "Azərbaycan və Gürcüstana səyləri birləşdirmək lazımdır" - MÜSAHİBƏ
COVID-19 yeni koronavirusunun dünya miqyasında yayılmasının fəsadları ilə əlaqədar Gürcüstan hökuməti "iqtisadiyyatın böhran əleyhinə stimullaşdırılması" planını hazırlayır.
Gürcüstan COVID-19-a görə turist axınının azalmasından narahatdır. "Kavkasia" və "Sakartvelo" universitetlərinin professoru Akakiya Tsomayanın sözlərinə görə, "turizm ilə bağlı hər şey aydındır və ziyan ciddi olacaq. İxracatımız, əsasən, xammaldan ibarətdir, buna görə, beynəlxalq ticarət azaldıqca qiymətlər düşə bilər. Ticari tərəfdaşlarımız (Azərbaycan və Rusiya) əsas etibarilə xammal satır və onların gəlirləri azalacaq ki, bu da bizə mənfi təsir göstərəcək. Sirr deyil ki, pul köçürmələrinin ən böyük həcmi turizmə bağlı olan ölkələrdən (Türkiyə, Yunanıstan, İtaliya) gəlir və burada da azalma gözlənilir. Bu, uyğunlaşmalı olduğumuz bir amildir. Hökumət yalnız yenidən paylaşdıra bilər, ancaq yeni bir şey yarada bilməz" ("Exo Kafkaza"dan sitat).
Media.Az məşhur gürcü iqtisadçısı, Tbilisi Dövlət Universitetinin professoru İosif Arçvadzedən yaranmış vəziyyəti şərh etməsini istəyib.
- COVID-19 koronavirusu səbəbindən Azərbaycandan Gürcüstana turist axınının azalması həqiqətən real faktdır?
- Təəssüf ki, elədir. Koronavirusun vurduğu zərbə dünya iqtisadiyyatına dəyib və bütün sahələrə təsir göstərib (turistlərin azalması, neftin ucuzlaşması və s.). İndi bu fors-major halının müxtəlif ölkələrin, o cümlədən Gürcüstan və Azərbaycanın iqtisadiyyatına vurduğu ziyanı təhlil etmək vacibdir.
Aydındır ki, ən böyük zərər turizm sahəsinə dəyəcək. Gürcüstanda turizmdən əldə olunan gəlir ÜDM-in (Ümumi Daxili Məhsulun) təxminən səkkiz faizini təşkil edir. Hətta iki dəfə azalma büdcəmizi gəlirlərin dörd faizindən məhrum edir.
- Azərbaycan Gürcüstanın əsas ticari tərəfdaşlarından biridir. Bəlkə yeni qlobal böhranın nəticələrini minimuma endirmək üçün səyləri birləşdirmək məntiqli olardı?
- Sizinlə razıyam. Bu lazımdır. Ayrı-ayrılıqda heç bir ölkə bunun öhdəsindən gələ bilməz. Səylərimizi nə qədər tez birləşdirsək, Azərbaycan və Gürcüstan üçün bir o qədər yaxşı olar. Güc birlikdədir. Bir vaxtlar bu çox populyar bir şüar idi. Ancaq bu gün də aktuallığını qoruyur.
- Bəs nə etmək olar?
- Hər şeydən əvvəl, hesab edirəm ki, həm Gürcüstandan Azərbaycana, həm də Azərbaycandan Gürcüstana zəruri malların, məhsulların daxil olması üçün güzəştli şəraitin yaradılması mümkün olacaq.
"Dəniz kənarında külək gözləməyin" yeri yoxdur. Özümüz də tədbirlər görməli, qarşılıqlı işə başlamaq üçün iqtisadi stimul yaratmalıyıq. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bir müddət əvvəl Azərbaycan dörd il ərzində Gürcüstanda ən böyük xarici investorlardan biri idi. Və burada SOCAR-ın böyük rolu var, bu şirkət ölkəmizdə çox uğurla fəaliyyət göstərir. /oxu.az

Siyasi       Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri