İqor Korotçenko: "Paşinyan Azərbaycanın suverenliyini de-fakto qəbul etdi
"Erməni hərbçilərin azərbaycanlı əsgərə hücumu bu ölkənin aqressivliyinin bitmədiyini sübut edir. Təxribatlar davam edir və ən müxtəlif yerlərdə baş verə bilər".
Bunu "Report"un Rusiya bürosuna rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının redaktoru İqor Korotçenko bildirib.
Ekspertin sözlərinə görə, Gorus-Qafan yolunun bağlanması uğurlu hərbi-siyasi aksiya idi:
"Paşinyan Azərbaycanın suverenliyini de-fakto qəbul etdi. Müəyyən mənada sərhədin demarkasiyası baş verdi. Aydındır ki, Laçın dəhlizi işlək vəziyyətdədir. İndi isə Zəngəzur nəqliyyat dəhlizi açılmalıdır ki, Azərbaycan Ermənistana göndərdiyi ismarıclardan biri də bununla bağlıdır".
İ.Korotçenko deyib ki, Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq, rəsmi Bakı mövcud reallıqların unudulmamalı olduğunu nümayiş etdirdi:
"Azərbaycan göstərdi ki, Ermənistan tərəfinin istənilən təxribatları və qeyri-konstruktiv hərəkətləri dəf ediləcək. Ermənistan tərəfinin bu cür hərəkətlərinin qarşısı alınmalıdır, belə ki, hazırda rəsmi Bakının sülh təşəbbüslərinə rəsmi İrəvan tərəfindən cavab verilmir".
Onun sözlərinə görə, gərginliyin baş qaldırmaması bütün tərəflərin maraqlarına cavab verir:
"Hadisələrin məntiqi, o cümlədən Azərbaycanın siyasəti Ermənistanın mövcud reallıqlarla barışmasına yönəlib. Rəsmi Moskva da rəsmi İrəvanın üçtərəfli bəyanat çərçivəsində öz üzərində götürdüyü bütün maddələrə tam və dəqiq riayət etməsində son dərəcə maraqlıdır".
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı