İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov 7-ci Dünya İnvestisiya Forumu çərçivəsində onlayn formatda "Davamlı İnvestisiyalar üzrə dəyirmi masa" panel sessiyasında çıxış edib.
Nazirlikdən Azxeber.com-a verilən məlumata əsasən, Mikayıl Cabbarov forumun investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara töhfə verəcəyinə əminliyini ifadə edib, ölkəmizin investisiya siyasətinin prioritetləri barədə məlumat verib.
Vurğulanıb ki, Vətən müharibəsində qazanılan böyük qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı üçün yeni çağırışlar və reallıqlar yaradıb, ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi daha da artıb.
Tədbirdə COVID-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri qeyd olunub.
İqtisadiyyat naziri Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını, qanunvericiliyin, biznes qeydiyyatı, vergi və gömrük sistemlərinin təkmilləşdirildiyini, inzibati prosedurların sadələşdirildiyini, korporativ idarəetmənin, dövlət-özəl tərəfdaşlığının, e-hökumətin əhatə dairəsinin genişləndirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, ölkə iqtisadiyyatının post-pandemiya dövründə hərtərəfli bərpasına dəstək üçün yerli və xarici investisiyaların cəlbi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası investisiya fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir. 
Nazir bildirib ki, 2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlamış Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzi ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verməklə, "yaşıl iqtisadiyyat"ın inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyətli platformadır.
Forumda Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Koreya, Meksika, Tayland, Misir və digər ölkələrin iqtisadiyyat, sənaye, ticarət və investisiya nazirlərinin yaxın illərdə milli və beynəlxalq investisiya siyasətinin formalaşmasında prioritetlər və davamlı bərpa məqsədilə əsas sektorlara investisiya qoyuluşlarının sürətləndirilməsi barədə çıxışları dinlənilib, müzakirələr aparılıb.
Xatırladaq ki, Dünya İnvestisiya Forumu investisiya siyasətinin hazırlanmasına dəstək göstərmək, biznes və siyasət sahəsində dünya liderləri ilə qarşılıqlı əlaqə üçün imkan yaradan qlobal platformadır. İki ildən bir keçirilən Dünya İnvestisiya Forumunda 160-a yaxın ölkədən 5 000-dən çox investor iştirak edir. 
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib - FOTOİqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib - FOTOİqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib - FOTO

İqtisadiyyat       Tarix: 22 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber cəbhədən son məlumat ən son xəbərlər xeber