İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLAR

İranla Azərbaycan arasında vəziyyət son dərəcə gərginləşib və bunun səbəbkarı rəsmi Tehranın ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları, Azərbaycanın qələbəsini həzm edə bilməməsidir. Əslində İranın Azərbaycana münasibətində 30 ildir dəyişən heç nə yoxdur, baxmayaraq ki, bu münasibətlərdə hökm sürən gərginlik vaxtaşırı olaraq özünü büruzə versə də tərəflər hər dəfə qarşılıqlı maraqlardan çıxış edərək qarşıdurma həddinə gəlib çatmamışdılar. İndi isə İran Azərbaycan sərhədlərinə ordu cəmləşdirir və dalbadal təlimlər keçirir, bu ölkənin rəsmiləri, din xadimləri, mətbuatı hər gün Azərbaycanın ünvanına təhdidlər, böhtanlar yağdırırlar. Bir sözlə, Tehran Azərbaycana qarşı öz düşmən münasibətini bütün imkanları ilə ortaya qoyub.
İranın Azərbaycanın üzərinə təbliğat hücumuna və hərbi-siyasi təzyiqlərə başlaması üçün istifadə etdiyi bəhanə də bəllidir-Tehran iddia edir ki, guya Qarabağ müharibəsindən istifadə edərək İsrail bölgəyə yerləşib və İranın milli təhlükəsizliyi üçün təhdid yaranıb. Hərçənd İsrailin "bölgəyə yerləşdiyi" haqda iddiaları sübut edən hər hansı dəlil ortada yoxdur, ola da bilməz. Azərbaycanın İsraillə münasibətləri, - hansı ki, rəsmi Bakı uzun illər boyu məhz İranla münasibətləri korlamamaq üçün bu münasibətlərdə olduqca ehtiyatlı davranıb və heç Təl-Əvivdə öz səfirliyini də açmayıb, - Tehran üçün şimal qonşusuna qarşı uzun illərdir yürütdüyü düşmən siyasət üçün həmişə bəhanədir.
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLARVə indi, münasibətlərin son dərəcədə gərgin olduğu vaxtlarda İran təbliğatçıları bu bəhanədən fəal şəkildə istifadə edirlər və belə rəy formalaşdırmağa çalışırlar: guya İran həm birinci, həm ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib, ona birinci müharibə zamanı hərbi yardım edib. Amma Azərbaycan bunun əvəzində İranın qatı düşmənini onun sərhədləri yaxınlığında yerləşdirib.
Əslində isə İranın Azərbaycan ərazilərinin işğalında hansı rolu oynadığı yaxın tarixə şahidlik etmiş hər kəsə məlumdur, bu haqda faktları uzun-uzadı sadalamağa ehtiyac yoxdur. Amma təkcə onu xatırlatmaq lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində İranın həlledici rolunu keçmiş və indiki erməni rəhbərləri həmişə minnətdarlıq hissi ilə yad ediblər, hər fürsətdə İrana buna görə təşəkkür bildiriblər.
Bəli, həmin dövrlər İranın blokada vəziyyətinə düşmüş Ermənistana, onun işğalçı qüvvələrinə ərzaq, yanacaq təchizatı Azərbaycan torpaqlarının işğal edilməsində həlledici rol oynamışdı. İranın yanacaqdaşıyan tankerlərinin Qarabağa göndərilən erməni tanklarına necə yanacaq doldurması barədə o dövrlərdə televiziyalarla yayılmış kadrlar yaddan çıxmayıb.
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLARBəs İkinci Qarabağ müharibəsində İranın mövqeyi necə idi? Bu ölkə Ermənistana hansı hərbi dəstəyi göstərirdi?
Bəri başdan qeyd edək ki, Tehranın Qarabağ məsələsindəki mövqeyi lap əvvəldən status-kvonun saxlanılması, yəni Azərbaycan ərazilərinin və onun Arazboyu hissəsinin işğal altında qalması üzərində qurulmuşdu. Doğrudur, İran ayətullahları və dini lider Xamneyi öz moizlərində Qarabağın "islam torpağı" olduğunu deyərdilər, amma bu çıxışlar daha çox təbliğata hesablanmışdı. Reallıqda isə İran həmişə status-kvonun saxlanılmasına əsaslanan siyasət yürütmüşdü. O cümlədən İkinci Qarabağ münaqişəsinin başlanğıcında da İran rəsmilərinin bəyanatları bu ölkənin status-kvonun saxlanmasında marağının ifadəsindən başqa bir şey deyildi, Məsələn, döyüşlərin  qızğın çağında – 2020-ci il oktyabrın 5-də İran XİN sözçüsü bu tezisi təkrarlayırdı:
"Onilliklərlə davam edən bu münaqişənin hərbi yolla həlli mövcud deyildir".
Müharibənin sonlarına yaxınlaşanda və Azərbaycanın qələbəsi artıq şübhə doğurmayanda İran öz mövqeyinə tələm-tələsik əl gəzdirməyə çalışdı, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini dəstəklədiyini (hansı ki, ərazilərin böyük hissəsi artıq azad edilmişdi) nümayiş etdirməyə, hərbi əməliyyatların dayandırılmasına dair hansısa uğursuz diplomatik təşəbbüslər göstərməyə çalışdı.
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLARHərbi baxımdan isə lap müharibənin son günlərinə qədər İran Ermənistana öz ərazisi üzərindən silah və hərbi texnikanın daşınmasını təmin etmişdi. Bu barədə həmin günlərdə çoxsaylı videolar sosial şəbəkələrdə yayılırdı, İran azərbaycanlıları Ermənistana gedən hərbi yük karvanlarının qarşısını kəsməyə çalışırdı və müxtəlif formada etirazlarını bildirirdi. İş o yerə çatdı ki, İnqilab Keşikçiləri Korpusu azərbaycanlıların Ermənistana gedən yükləri əngəlləməsinin qarşısını almaq üçün sərhədboyu ərazilərə hərbi qüvvələr yeritdi.
Lakin İkinci Qarabağ müharibəsində İranın Ermənistana verdiyi hərbi dəstək təkcə öz ərazisindən bu ölkəyə silah-sursatın daşınmasına imkan yaratmaqdan ibarət olmamışdı. Həmin günlərdə belə məlumatlar dolaşırdı ki, İran kəşfiyyatı Araz vadisi boyu hücuma keçən Azərbaycan ordu birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edir, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışır.
Bu barədə müharibənin başa çatmasından təxminən 3 ay sonra Türkiyədə nəşr olunan "Türkiye" qəzeti də özünün "Ermənilərə İrandan radar dəstəyi" adlı məqaləsində ətraflı bəhs edib.
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLARMüəllif Yılmaz Bilgenin həmin yazısında deyilir:
"İranın Azərbaycanla Ermənistan arasında 2020-ci il sentyabrın 27-də başlayan müharibədə Yerevana verdiyi dəstək ortaya çıxdı. "Türkiye" qəzetinə məlumat verən hərbi mənbələr Qarabağ sərhədlərinin sıfır nöqtəsinə 70-80 nəfərlik xüsusi təlim keçmiş hərbi heyət və təchizat yerləşdirildiyini açıqladı".
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLARXəbərdə deyilirdi ki, Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə paralel xətdə yerləşdirilən və əksəriyyəti radioelektron mübarizə sistemləri üzrə texniki mütəxəssislərdən ibarət olan iranlı hərbçilər Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyib.
"Həmin qaynaq İranın Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin Baş qərargahına ötürdüyünü bildirib", - qəzet yazıb.
Xəbərdə bildirilirdi ki, İranın Azərbaycan sərhədlərinə yaxın qurduğu həmin dinləmə bazasına uzun müddət mülki şəxslərin yaxınlaşması qadağan edilib. "Həmin bölgə tamamilə türk kəndləri və qəsəbələrindən ibarətdir. Bu səbəblə İran hərbçiləri bazanın yerləşdiyi ərazini fövqəladə təhlükəsizlik tədbirləri ilə qoruyub", - məlumatda bildirilirdi.
Müharibədə iştirak edən yüksək rütbəli Azərbaycan hərbçisi isə qəzetə bildirib ki, İran müharibə zamanı "bəzi özəl məlumatlara" çıxış əldə etməyə çalışıb. Həmin mənbə İran kəşfiyyatının müxtəlif metodlardan istifadə edərək Azərbaycana aid döyüş PUA-larının, qırıcı-bombardmançı təyyarələrin və vertolyotların yerlərini, Azərbaycan ordusunun əməliyyat strategiyasına dair məlumatları və tətbiq etdiyi taktikaları əldə etməyə çalışdığını deyib.
Virtualaz.org həmin vaxt regionda yaranan həssas durumu, Azərbaycanın İranla dostluq, tərəfdaşlıq  münasibətlərini saxlamaqda maraqlı olmasını nəzərə alaraq bu mövzuya toxunmamışdı. Amma heç bir şübhə yeri yoxdur ki, İranın bütün səyləri bu müharibədə Azərbaycanın uduzmasına, ən azından qəti qələbə əldə etməsinə imkan verməməyə yönəlmişdi. Və "Türkiye" qəzetinin bəhs etdiyi faktlar bu cəhdlərin ancaq bir qismidir...
Mənbə: Virtualaz.org

Siyasi       Tarix: 07 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər cəbhədən xəbər krimnal xeber xeberler bugun