İran İraqın aqibətini yaşaya bilər: Beynəlxalq koalisiya Tehrana hücuma hazırlaşır?

İran İraqın aqibətini yaşaya bilər: Beynəlxalq koalisiya Tehrana hücuma hazırlaşır?İsrailin İrana qarşı zərbə endirməsi energetika bazarında çöküşə səbəb olacaq. Qərb ölkələri məhz bundan qorxurlar. Son vaxtlar daha da gərginləşən İsrail-İran münasibətləri fonunda bu mövzu analitiklər tərəfindən daha çox gündəmə gətirilir. Belə ki, ekspertlər İsrailin İrana hücumu fonunda, Tehranın İraqdakı neft obyektlərinə və qazma qurğularına hücumlar həyata keçirəcəyini istisna etmirlər. Belə olan halda isə dünyanın enerji resurslarının çökməsi mümkündür.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, İsrailin İrana zərbələri fonunda rəsmi Tehranın ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına və neft qurğularına hücum etməsi realdır:
"Bununla bağlı İranın konkret təhdidi var. Belə bir halın baş verməsi isə təhlükəli tendensiya ala, xüsusilə dünya bazarında neft və qazın qiymətlərinin artımına səbəb ola bilər. Bu risk faktoru belə dünya bazarında neft və qazın qiymətlərinin artmasına gətirib çıxarıb. Əslində İranın enerji resusrslarına hücum etməsi daha böyük fəlakətlərə yol açacaq. Hazırda Rusiya-Ukrayna müharibəsinin davam etdiyini və qış fəslinin yaxınlaşdığını nəzərə alsaq deyə bilərik ki, qiymət artımları Qərbə çox ciddi problemlər yaradacaq. Çünki Avropanın enerji tələbatı həddindən çoxdur. Bütün bu amilləri nəzərə alan Qərb dövlətləri İsrailin hücumlarının qarşısını almağa çalışır".
Politoloqun sözlərinə görə, bugünədək İsrailin əməliyyatlara başlamamasının və cavab zərbəsi endirməməsinin ən başlıca səbəblərindən bir də məhz budur:
"Təbii ki, İran təhdid edir. Hərçənd, Tehranın neft obyektlərinə zərbələr endirməsi asan məsələ deyil. Bu zaman açıq şəkildə İrana qarşı beynəlxalq koalisiya yarana bilər. Əslində bu, İsrailin maraqlarına uyğundur. Çünki belə olan halda İrana qarşı beynəlxalq koalisiyanın hücumlarının başlanması mümkün ola bilər. Ona görə də, İran bu məsələləri analiz edir. Böyük ehtimalla İran birbaşa İsrailin özünə zərbələr endirə bilər. Ballistik raketlərdən və hətta əldə etdiyi nüvə silahlarından zərbələr endirməsi mümkündür".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 15 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat