İran naziri Əraqçı "Tramp yolu"na açıqlama verdi - GÖZLƏNİLMƏZ YUMŞAQLIQ
İranın Xarici İşlər Naziri Abbas Əraqçi Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlərlə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Tehran hər iki ölkə ilə intensiv diplomatik təmaslar qurur.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, sabah Ermənistanın Xarici İşlər Naziri onunla birbaşa əlaqə saxlayacaq, yaxın günlərdə isə Baş nazir Nikol Paşinyan da İran tərəfi ilə təmaslar qurmağı planlaşdırır. Gələn həftənin çərşənbə axşamı isə Ermənistan XİN rəhbərinin müavini Tehrana səfər edəcək.
Abbas Əraqçi "Zəngəzur dəhlizi" məsələsinə də toxunaraq bildirib ki, "koridor" ideyası tamamilə təxirə salınıb və söhbət yalnız Ermənistan ərazisində inşa olunacaq tranzit yoldan gedir:
"Layihə Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində icra olunacaq. İnşaat işlərini isə Ermənistanda qeydiyyatdan keçmiş, həmin ölkənin qanunlarına əsasən fəaliyyət göstərən amerika-erməni şirkəti həyata keçirəcək."
Eyni zamanda, İran XİN rəhbəri bölgədə hər hansı xarici iştirakın sülh və sabitliyə mənfi təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, amerikalı şirkətin mümkün iştirakı narahatlıq doğurur və bu məsələ Azərbaycan və Ermənistan tərəfləri ilə müntəzəm məsləhətləşmələrdə gündəmdə qalır:
"Bölgədə xarici fəallığın artması təhlükəsizlik üçün təhdiddir. İran vəziyyətin inkişafını diqqətlə izləyir."

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı