İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - ŞOK DETALLAR

İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - ŞOK DETALLARİran BRİKS və ŞƏT-in üzvüdür, bu da Zəngəzur dəhlizi ilə bağlı hazırkı vəziyyətdə mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, məhz Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizini (Azərbaycan əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəni) reallaşdırmaq üçün nəzərdə tutulmuş nəqliyyat marşrutu ilə bağlı mübahisələrdə İran faktoru ortaya çıxıb. Bundan başqa, Tehran layihədən qəti şəkildə imtina etdiyini Bakını dəstəkləyən Moskvaya öz fikirlərini çatdırmaq üçün "diplomatik addımlar atıb". Hesab olunur ki, Tehran müttəfiqi Ermənistanla əlaqəni itirməkdən qorxur, çünki onun ərazisindən salınmalı olan dəhliz ekstraterritorial nəzarəti nəzərdə tutur. Amma başqa fikirlər də var: İranın iddiaları sırf iqtisadi xarakter daşıyır. Deyirlər ki, Tehran Araz çayının sahilində, öz ərazisi boyunca dəhliz tikmək istəyir.
KONKRET.az xəbər verir ki, bunu hərbi-siyasi analitik, sosiologiya elmləri namizədi, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski səsləndirib.
"Gəlin İranın ehtimal edilən diplomatik demarşına daha yaxından nəzər salaq. Məsələ ondadır ki, sentyabrın 2-də İran Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Dedovu görüşə çağırıb. Görüşdə İran rəsmisi (İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri şöbəsinin müdiri Müctəba Dəmirçilu) Qafqazda cərəyan edən hadisələrlə bağlı fikirlərini bölüşüb. O, həmçinin İranın regionda sülh və sabitliyin bərpasına dəstək və region ölkələri arasında əməkdaşlığın təşviq edilməsində mövqeyini vurğulayaraq əlavə edib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin əleyhinədir. Bəs bu bəyanatda Moskvanın mövqeyindən narazılıq işarələri haradadır? Amma Qərb və İran KİV-ləri, o cümlədən Britaniyanın "The Guardian" və İranın "Tasnim" nəşrləri bu görüşü Moskva ilə
Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı münasibətlərin soyumasının birmənalı təsdiqi kimi təqdim ediblər.
2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından az qala dərhal sonra Ermənistan tərəfi bu sənəddə "Zəngəzur dəhlizi" sözlərinin olmadığını vurğulamağa başlayıb. Bu, İrəvanda Ermənistan ərazisindən keçən nəqliyyat marşrutunun çəkilməsi haqqında sazişdən çıxmaq üçün yetərli səbəb hesab edilib.
Xarici nəzarətlə (Rusiya FTX-nin Sərhəd Xidməti) bağlı eyni məqam İranın bəzi siyasi və iqtisadi elitalarının da narazılığına səbəb olub.
Bu arada İran rəsmi səviyyədə Zəngəzur dəhlizi layihəsindən açıq-aşkar narazılığını yalnız bir dəfə bildirib. İyul ayında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə İranın ruhani lideri Əli Xamenei dəhlizin "Ermənistanın maraqlarına cavab vermədiyini" deyib.
Qalan bəyanatlar isə mediada elan olunduğundan daha rasional və təmkinlidir.Bu gün hələ də tam əminliklə deyə bilərik ki, İranın dəhlizlə bağlı iddiaları siyasi və iqtisadi xarakter daşıyır.
Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. Üstəlik, İranla Rusiya Federasiyası arasında çoxlu ziddiyyətlər var.
İran bu bölgədə xarici varlığının artmasına həmişə həssas olub. Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Türkiyənin Azərbaycan və Orta Asiyaya birbaşa çıxışı olur. Bu da Türkiyənin bölgədəki varlığını artırır. Rusiyanın buna şərait yaratması Tehranda anlaşılmazlığa səbəb olub.
İran rəsmiləri şərhlərində ehtiyatlı davranırlar, tez-tez dövlətə bağlı xəbər agentliklərindən istifadə praktikasına əl atırlar, lakin konkret olaraq heç kim onlara görə məsuliyyət daşımır. Media nə istəsə yaza bilər, formal olaraq bu, rəsmi şəxsin fikri deyil.
Beləliklə, müxtəlif geosiyasi oyunçular arasında manevrlər edən, hətta Rusiya Federasiyasının Zəngəzur dəhlizinə təkbaşına nəzarət etməsinə mane olmağa çalışan Qərbin qaydaları ilə oynayan İran öz təsirini gücləndirməyə çalışır", deyə o, qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 18 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler