İran özünü buna görə qalib hesab edir - ABŞ-ni qıcıqlandıran ŞOK SƏBƏBLƏR

İran özünü buna görə qalib hesab edir - ABŞ-ni qıcıqlandıran ŞOK SƏBƏBLƏRABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunan 14 günlük atəşkəs və bunun fonunda İranın ard-arda "qələbə" bəyanatları səsləndirməsi Yaxın Şərqdə yeni geosiyasi mənzərənin formalaşdığını göstərir. Müharibənin nəticələri ilə bağlı fərqli narrativlərin ortaya çıxması isə regionda güc balansının hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.
Bəs bu şəraitdə İranın mövqeyi nə qədər güclənir və Tehranın Hörmüz boğazı kimi strateji nöqtə üzərindən təzyiq rıçaqlarını işə salmaq ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İranın səsləndirdiyi qələbə bəyanatları təsadüfi xarakter daşımır:
İran özünü buna görə qalib hesab edir - ABŞ-ni qıcıqlandıran ŞOK SƏBƏBLƏR"39 gün davam edən müharibə heç kimin gözləmədiyi şəkildə İran cəmiyyətində ciddi birlik və həmrəylik yaratdı. Bu isə hakimiyyətin müəyyən hədəflərinə çatmasına imkan verdi. Şübhəsiz ki, Tehran ciddi itkilərlə üzləşdi. Xüsusilə, ali dini liderin öldürülməsi ölkənin imicinə ağır zərbə vurdu. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, İran dünyanın əsas super gücü olan ABŞ və onun müttəfiqi İsrailə qarşı müqavimət göstərərək üstünlük əldə edib. Bu baxımdan rəsmi Tehranın qələbə bəyanatlarını səsləndirməsi başadüşüləndir."
Şərhçi həmçinin Hörmüz boğazı ətrafında yaranan ehtimallara da münasibət bildirib. Onun sözlərinə görə, Tehranın bu strateji su yolunu tamamilə bağlaması real görünmür:
"Belə bir addım ilk növbədə İranın öz iqtisadiyyatına ciddi zərbə vurardı. Dünya neftinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır və bu tranzitdən əldə olunan gəlirlər İran üçün mühüm əhəmiyyət daşıyır. Bu marşrutun bağlanması faktiki olaraq ölkə iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər. Ona görə də bu ssenari real deyil."
Cavanşir Abbaslı hesab edir ki, hazırkı danışıqlar mərhələsində əsas məqsəd gərginliyi azaltmaq və strateji kommunikasiya xətlərini bərpa etməkdir.
"Müharibənin əvvəlində məhdudlaşdırılan nəqliyyat imkanları, o cümlədən Hörmüz boğazı üzərindən hərəkət yaxın dövrdə tam bərpa oluna bilər.
İranın "qələbə" ritorikası daha çox siyasi və psixoloji təsir yaratmağa hesablanıb. Bununla yanaşı, real addımlar baxımından Tehran daha çox iqtisadi və geosiyasi balansı qorumağa üstünlük verəcək. Regionda isə nisbi sabitliyin taleyi qarşıdakı danışıqların nəticəsindən asılı olacaq".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 09 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber