"İran Qarabağ müharibəsində Azərbaycana dəstək olanlara qamçı cəzası verir

Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda fəalların həbs olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və "Amnesty İnternational" təşkilatına müraciət edib.
Söhbət İkinci Qarabağ müharibəsi zamanı Cənubi Azərbaycan şəhərlərində - Təbrizdə və Ərdəbildə Azərbaycan Respublikasına dəstək aksiyalarında iştiraklarına görə həbsxanalarda saxlanılan fəallardan gedir. Onların günahı odur ki, Azərbaycana dəstək veriblər və buna görə İran polisi onları həbs edib. Fəalları həbs etməklə yanaşı onlara qarşı orta əsrlərdə olduğu kimi qamçı cəzası hökmü də çıxarıblar. Azad olunanlar isə müxtəlif cərimələr ödəmək məcburiyyətində qalıblar.
Azərbaycanın hüquq müdafiəçiləri, İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir.
Böyük ehtimalla bu müraciət rəsmi Bakının təşəbbüsü ilə hazırlanıb. Doğru strategiyadır. Rəsmi Bakı Tehranla münasibətlərdə problem istəmirdi və İranın daxili işlərinə qarışmırdı. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar, o cümlədən "Azərbaycanda beynəlxalq terrorçuların varlığı" haqqındakı ittihamları rəsmi Bakını hərəkətə keçirdib.
Tehranın saxta ittihamları qarşısında Bakı İranda Azərbaycanla bağlı dəstək aksiyaların iştirak edən fəalların azad olunmasını tələb edir. Rəsmi Bakı bununla ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Bu hələ son deyil...
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri

Sosial       Tarix: 14 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag krimnal xeber cəbhədən yeni xəbərlər xəbər az