İran Qərbin tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcək
İran Avropa ölkələrinin tələbləri əsasında Rusiya ilə münasibətlərini dayandırmaq niyyətində deyil.
KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai açıqlama verib.
Onun sözlərinə görə, Rusiya ilə əlaqələr qurmuş və bu ölkə ilə dostluq münasibətləri saxlayan hər bir dövlətin Avropanın tələbi ilə bu münasibətləri pozmasını gözləmək tamamilə məntiqsizdir: "Rusiya ilə münasibətləri olan bütün ölkələrin Avropanın istəyi ilə bu əlaqələri kəsməli olduğunu düşünmək rasional yanaşma deyil".
İranlı diplomat bildirib ki, Avropa ölkələri ilk növbədə öz davranışlarına diqqət yetirməli və Ukraynada münaqişənin yaranma səbəblərini təhlil etməlidirlər: "Başqalarını tənqid etməzdən əvvəl onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı və əsassız ittihamlardan çəkinməlidirlər. Belə yanaşma problemin həllinə heç bir töhfə vermir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib