İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək
İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini deyib.
O, qeyd edib ki, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək.
İranın Milli Qaz Şirkətinin sədri əlavə edib ki, Türkiyə və İraqa qaz ixracına dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər iki ölkə qaz ixracının artırılmasını tələb edir. Onun sözlərinə görə, Türkiyə və İraq İrandan qaz idxalını artırmağı xahiş edir.
"Biz Türkiyə ilə danışıqlar aparırıq, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər", - Çeqini vurğulayıb.
"Mövcud imkanları nəzərə alaraq, potensialın artırılması üçün bütün səylərimizi göstərəcəyik", - o əlavə edib.
Çeqini həmçinin bildirib ki, bu məsələ müzakirə olunur, işçi qrup yaradılıb və o, potensialını artıraraq, müqavilənin müddətinin uzadılmasına da çalışacaq.
Qrupun ilk iclası müqavilənin yenilənməsinə həsr olunacaq.
"İraqa qaz ixracına gəlincə, həmin ölkə də əvvəlki müqavilənin uzadılmasını istəyir.
Çeqini əlavə edib ki, İraqın ixrac müqaviləsi gələn il başa çatır, baxmayaraq ki, onlar uzadılmasını tələb ediblər.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR