İran və Rusiyanı qorxudan səbəb: Zəngəzur dəhlizi regional balansı dəyişir

İran və Rusiyanı qorxudan səbəb: Zəngəzur dəhlizi regional balansı dəyişirZəngəzur dəhlizi ilə bağlı bölgədə gərgin ritorika yenidən yüksəlməkdədir. İranın ali liderinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizini Rusiya və İrana qarşı blokada cəbhəsi kimi təqdim etməsinin ardınca Rusiya hakimiyyətinin təbliğat maşını Vladimir Solovyov da bu layihəyə qarşı sərt bəyanatla çıxış edib. O, dəhlizin reallaşmasına imkan verilməməli olduğunu bildirib. Bu baxımdan, son günlər İran və Rusiyanın Azərbaycana qarşı ritorikasının intensivləşməsi, xüsusilə Zəngəzur dəhlizi ətrafında fəallaşmaları ciddi suallar doğurur. Bəs bu mövqelərin arxasında hansı strateji məqsədlər dayanır və gedişat region üçün nə vəd edir?
KONKRET.az xəbər verir ki, mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı diskussiyalar və təşəbbüslər təkcə Azərbaycan-Ermənistan münasibətləri kontekstində deyil, həm də regional güclərin maraqlar toqquşması fonunda daha dərin məzmun kəsb edir:

"Xüsusilə Rusiya və İranın Azərbaycana qarşı birbaşa və dolayısı ilə son bir ayda sərgilədikləri ritorika, əslində, təkcə Zəngəzur dəhlizinə deyil, Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasətinə qarşı yönəlmiş ənənəvi yanaşmalarının davamıdır".
Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız logistika layihəsi deyil:
"Bu layihə Azərbaycanın Naxçıvanla birbaşa bağlantısının bərpasına, regionda şərq-qərb və şimal-cənub logistika sistemlərinin inteqrasiyasına, həmçinin Türkiyə və Mərkəzi Asiyanın Avropa ilə əlaqələrinin gücləndirilməsinə xidmət etdiyi üçün strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdəndir ki, Rusiya və İran son həftələrdə Azərbaycana qarşı ritorik təzyiqlərini artırıblar. İran sərhədyanı bölgələrdə və Xəzər dənizində Rusiya ilə birgə hərbi təlimlər keçirir, hər iki ölkənin informasiya məkanında isə Azərbaycana qarşı qərəzli kampaniyalar aparılır".
"Prezident İlham Əliyevin 2025-ci il 19 iyul tarixində Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın bu mövzuda açıq, praqmatik siyasətini bir daha nümayiş etdirdi. Cənab Prezidentin qeyd etdiyi kimi: "Zəngəzur dəhlizi bir simvoldur. Əsas məsələ bölgədə kommunikasiyaların açılmasıdır və bu reallıq artıq formalaşır". Bu sözlər Azərbaycanın təkcə öz maraqlarını deyil, bölgə ölkələrinin rifahını və inteqrasiyasını da nəzərə aldığını təsdiqləyir. İran və Rusiya üçün onların dominant rol oynamadığı istənilən kommunikasiya regional nəzarət alətlərinin zəifləməsi kimi qəbul olunur. Lakin Azərbaycanın siyasəti qarşıdurmaya deyil, qarşılıqlı maraq və beynəlxalq hüquq əsasında əməkdaşlıq imkanlarının formalaşdırılmasına söykənir", – müsahibimiz əlavə edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ətrafında baş verənlər təkcə bir logistika xəttinin mübahisəsi deyil, bu, Cənubi Qafqazın hansı model üzrə inkişaf edəcəyinə dair strateji mübarizədir:
"Azərbaycan bu məsələdə qurucu, birləşdirici və sülhyönümlü güc kimi çıxış edir. Təzyiqlərə baxmayaraq, yoluna qətiyyətlə davam edir. Bu gün geosiyasi təhdidlər qarşısında dayanıqlı, müstəqil dövlət nümunəsini görmək istəyənlər Azərbaycan modelinin real konturlarına nəzər salmalıdırlar".

Siyasi       Tarix: 28 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən canlı xeber.az