İran yalnız bu yolla ABŞ və İsraili dayandıra bilər - Deputatdan SENSASİYA
"İran hesab edir ki, müharibənin miqyasını genişləndirərək beynəlxalq ictimaiyyətin etirazını gücləndirməklə ABŞ və İsraili dayandıra bilər".
Tənzilə Rüstəmxanlı
Bu sözləri KONKRET.az-aaçıqlamasında deputat Tənzilə Rüstəmxanlı deyib.
Deputatın sözlərinə görə, əks halda İran hərbi baxımdan ABŞ və İsrailə qarşı müqavimət göstərərək uğur qazana bilməz. Çünki davamlı bombardman altında olan bir ölkənin İsrailə və Körfəz ölkələrində yerləşən ABŞ bazalarına hücumları uzunmüddətli olmayacaq.
T. Rüstəmxanlı əlavə edib ki, hazırda müharibənin genişləndirilməsi İran üçün real görünmür. Onun fikrincə, ABŞ və İsrail müəyyən irəliləyiş əldə edərək artıq Xarq adasını ələ keçirmək üzrədir.
"ABŞ düşünür ki, İranın əsas strukturlarını hədəfə almaq və əsas fiqurları aradan götürməklə onun şərtlərinə razı olacaq yeni bir lider ortaya çıxarmaq mümkündür və beləliklə, danışıqlar baş tuta bilər. Lakin görünür ki, İran hələ buna hazır deyil", — deyə deputat qeyd edib.
Rüstəmxanlı sonda bildirib ki, mövcud vəziyyətdə İran danışıqlara razı olmayacaq, ABŞ isə öz şərtlərindən geri çəkilməyəcək. Buna görə də müharibənin davam edəcəyi ehtimal olunur.
Dəniz Pənahova
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK