İranda hakimiyyət daxilində müharibə başladı
İİranın siyasi elitasında ABŞ-la aparılan danışıqlar ətrafında dərin və kəskin çat yaranıb. "Iran International"ın yaydığı sensasion məlumata görə, Vaşinqton və Tehran arasında planlaşdırılan diplomatik proses Ali lider Müctəba Xameneyinin yaxın ətrafının sərt müdaxiləsi ilə iflic vəziyyətinə düşüb. İddia olunur ki, İslamabadda keçirilməsi nəzərdə tutulan yeni raund öncəsi diplomatik heyətə nüvə proqramını müzakirə etmək qəti şəkildə qadağan edilib.
KONKRET.az xəbər verir ki, bu qadağa İran Xarici İşlər Nazirliyində əsl şok effekti yaradıb. Xarici işlər naziri Abbas Araqçi bu şərtlər altında danışıqlarda iştirakın "tamamilə faydasız" olduğunu və belə bir mövqenin diplomatik proses üçün "ölüm hökmü" mənasına gəldiyini bildirib. Mənbələr qeyd edir ki, diplomatik qrup hətta əvvəlki görüşlərdə "qırmızı xətləri" keçdikləri üçün rəsmi töhmət də alıb.
İran parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf isə daxili siyasi böhranın daha da dərinləşməsindən narahatlığını ifadə edərək, ABŞ-la razılaşmanın əleyhinə olan radikal qüvvələri tənqid edib. O, eskalasiyanın qarşısını almaq üçün dialoqun vacibliyini vurğulasa da, Ali liderin ətrafındakı radikal qruplar nüvə məsələsində hər hansı güzəştə getməyi ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər. Hormuz boğazı ətrafında vəziyyətin gərginləşməsi fonunda 2 may tarixinə planlaşdırılan görüşün ləğv edilməsi, İranın həm daxildə, həm də xaricdə çıxılmaz diplomatik dalana dirəndiyini göstərir.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib