İranda saxta içkidən 175 nəfər ZƏHƏRLƏNDİ
İranda alkoqoldan zəhərlənənlərin sayı artıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, Əlborz əyalətində alkoqoldan zəhərlənənlərin sayı 175-ə çatıb.
Qeyd olunub ki, indiyədək 13 nəfər ölüb, daha beş nəfər reanimasiya şöbəsindədir.
Bazar ertəsi verilən məlumata görə, Əlborzda alkoqoldan zəhərlənmə nəticəsində azı 12 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
"Tasnim" agentliyi bildirib ki, ötən həftə Kərəc şəhərinin (Əlborz əyalətinin inzibati mərkəzi) bir neçə sakini ağır zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə aparılıb. Həkimlər xəstələrin saxta spirtli içkidən zəhərləndiyini müəyyən ediblər. İran hüquq-mühafizə orqanları içkilərin bazara necə girdiyini araşdırır.
Qeyd edək ki, İranda 1979-cu ildən spirtli içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Rus ordusu üç kəndi işğal etdi
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - Fotoları
Daha bir erməni əsgərin meyiti tapıldı
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
Prezidentlər və xanımları İsmayıl Samani türbəsində
Göyçayda 40 yaşlı kişini ilan sancdı
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Tanınmış teleaparıcının qızı da tələbə adını qazandı - FOTOLAR