İranda səsvermə müddəti üçüncü dəfə uzadıldı: SƏBƏB
İran Seçki Komissiyası prezident seçkiləri üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.
KONKRET.az xəbər verir ki, məlumatı İran mətbuatı yayıb.
Qeyd edək ki, İranda prezident seçkiləri bu gün yerli vaxtla səhər saat 8-də başlayıb.
Seçki müddəti 18.00-da bitməli olsa da, əvvəlcə onu saat 20.00-a, sonra 22.00-a qədər uzadıblar. İndi isə səsvermə müddətinə daha 2 saat əlavə edilib, onun yerli vaxtla saat 00.00-da bitəcəyi açıqlanıb.
İran Seçki Komissiyası səsvermə müddətinin uzadılmasını isti hava ilə izah edib. Bildirilir ki, günün istisi səngidikdən sonra məntəqələrdə səs vermək istəyənlərin uzun növbələri yaranıb. Məsələn, İranın cənubunda termometr 46 dərəcəni keçib. Ölkənin mərkəzində havanın temperaturu 35 dərəcə səviyyəsində qalıb. Axşamüstü temperatur azalmağa başlayandan sonra vətəndaşlar seçki məntəqələrinə gedə biliblər.
Xatırladaq ki, prezidentlik yarışında dörd siyasətçi var: mühafizəkarlar Məhəmməd Bağer Qalibaf, Səid Cəlili, Mostafa Pourmohammadi və islahatçı Məsud Pezeşkiyan.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı