İranda siyasi böhran yaranacaq – Pezeşkianın istefası ilə bağlı mühüm açıqlama
İran Prezidenti Məsud Pezeşkianın istefa verəcəyi ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub. Bəs belə bir ssenari nə dərəcədə realdır və bu, ölkədə siyasi böhrana yol aça bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, hüquqi baxımdan Məsud Pezeşkianın istefa verməsi mümkündür. Lakin mövcud siyasi vəziyyət və ölkədaxili mürəkkəb proseslər fonunda belə bir addım hazırda real görünmür.
"Məsud Pezeşkian istefa versə belə, bu, avtomatik olaraq siyasi böhran yaradacağı anlamına gəlmir. İranın hüquqi sistemində belə hallar üçün müvafiq prosedurlar nəzərdə tutulub və hakimiyyət boşluğunun yaranmaması üçün zəruri mexanizmlər mövcuddur", – deyə ekspert bildirib.
Elmir Səftərovun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, İranın mövcud siyasi modelində prezident mühüm vəzifə daşısa da, ölkədə ali qərarverici şəxs hesab olunmur.
"Strateji məsələlər, o cümlədən xarici siyasətin əsas istiqamətləri, təhlükəsizlik siyasəti, Silahlı Qüvvələr və nüvə proqramı kimi sahələr əsasən Ali Rəhbərin nəzarəti altındadır", – deyə o qeyd edib.
Siyasi şərhçi xatırladıb ki, bir neçə gün əvvəl Məsud Pezeşkian özü də istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
"Prezident bildirib ki, əgər belə bir qərar qəbul etsəydi, bunu açıq şəkildə elan edərdi. O, hazırda fəaliyyətini davam etdirdiyini və qarşıda duran problemlərin həlli istiqamətində işləyəcəyini vurğulayıb", – deyə E.Səftərov əlavə edib.
Ekspert hesab edir ki, bu səbəbdən Pezeşkianın istefa verəcəyi ilə bağlı iddialar mövcud şəraitdə inandırıcı görünmür.
"Belə məlumatların daha çox prezidentə qarşı mövqedə olan siyasi qruplar və müxalif dairələr tərəfindən gündəmə gətirilməsi ehtimalı yüksəkdir. İranda prezident institutuna münasibətdə fərqli ideoloji yanaşmalar mövcuddur və bəzi qüvvələr bu cür iddialardan siyasi təzyiq vasitəsi kimi istifadə edə bilərlər. Lakin Məsud Pezeşkianın bu xəbərləri şəxsən təkzib etməsi yayılan şayiələrə ən tutarlı cavabdır", – deyə Elmir Səftərov fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Şeydayevin yeni klubu rəsmiləşdi
Unibankda yeni sədr təyinatı oldu
Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olundu
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - AÇIQLAMA
25 ştat Ağ Evə qarşı məhkəməyə müraciət etdi
Gəzintiyə çıxan ər-arvad maşınla birlikdə çaya düşərək həlak oldu - FOTOLAR
Brent markalı neftin qiymətində ŞOK ucuzlaşma başladı
Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama
Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı - Vəziyyəti ağırdır
Tramp İrana ultimativ tələb irəli sürdü: "Ya razılaşma, ya da..."