İranda yeni Ali Lider seçildi: 'Sosial problemlər artacaq, etiraz aksiyaları baş verəcək
Xəbər verdiyimiz kimi, İranın mərhum Ali Lideri Əli Xameneinin oğlu, Müctəba Xamenei, yeni ali lider seçilib. Bəzi siyasi dairələr bu prosesin sürətlə aparılmasını bildirərək qərarın ədalətli olmadığını vurğulayırlar. Yeni lider seçiminin İran daxilində siyasi balans və regiona təsiri suallar doğurur.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani azxeber.com-a açıqlamasında bildirib ki, İranda prezident, Məclis-i Xübriqan tərəfindən seçilir:
"İranda konstitusiyaya görə, prezident Məclisi-Xübriqan tərəfindən seçilir. Bu məclisin üzvləri İranın Ali Liderini təyin edirlər. Lakin həmin üzvlərin nə qədərinin Müctəba Xamenei lehinə, nə qədərinin əleyhinə səs verdiyi açıqlanmayıb. İranın bəzi məsələləri çox vaxt aydın olmur. Mərhum Ali Lider Əli Xamenei isə demişdi ki, ondan sonra oğlu lider olmamalıdır. Əgər onun bu vəsiyyəti nəzərə alınsaydı, bu həmin qurumun qərarının qüvvəsiz olmasına gətirib çıxarardı".
Sabiq səfir əlavə edib ki, savaşdan sonra İranda sosial problemlər daha qabarıq şəkildə görünəcək:
"Xalqın yeni liderə etimadı onun fəaliyyətindən asılıdır. Əgər ali lider gördüyü işlərlə İran əhalisini özünə cəlb edə bilsə, etimad qazana bilər. Hazırda vəziyyət yaxşı deyil. Savaşdan sonra sosial problemlər daha aydın görünəcək və xalqın reaksiyası da açıq-aydın hiss olunacaq. Müəyyən qruplar və partiyalar öz tərəfdaşları olduqları üçün Müctəba Xameneinin liderliyini qəbul etməyə bilərlər".
Şahanə Ziyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK