İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Hörmüz boğazına mümkün müdaxiləsinə imkan verməyəcəklərini bəyan edib.
azxeber.com xəbər verir ki, bu barədə İran parlamenti sədrinin rəsmi "Telegram" hesabında məlumat yayılıb.
Bildirilib ki, Qalibaf Tehranda İranın ali dini lideri Əli Xameneinin şərəfinə təşkil olunan dövlət mərasiminə qatılan Çin nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı o, İran və Çin arasında strateji əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Qalibaf qeyd edib ki, Çin çətin dövrlərdə İranın yanında olub, İran isə müharibə və atəşkəs dövründə Hörmüz boğazından keçən Çin gəmilərinə dəstək göstərib.
O, ABŞ-ni birtərəfli siyasəti fonunda Tehran və Pekin arasında siyasi və iqtisadi əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qalibaf, həmçinin Hörmüz boğazının idarə olunması məsələsində qəti mövqe nümayiş etdirərək, "ABŞ-nin Hörmüz boğazına hər hansı müdaxiləsinə icazə verməyəcəyik", - deyə vurğulayıb.
İran parlamentinin sədri əlavə edib ki, İsrail İranla ABŞ arasında əldə olunan razılaşmanı pozmağa çalışır. Onun sözlərinə görə, İranın hərbi gücü mümkün təhdidlərin qarşısını almaq üçün çəkindirici xarakter daşıyır.
Gülay
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK