İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdi

Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının "Horadiz", "Göytəpə" və "Şəmkir" sərhəd dəstələrinin əməkdaşları təx­mini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.
DSX-nin Mətbuat Mərkəzindən Azxeber.com-a verilən məlumata görə, noyabrın 24-də saat 17:30 radələrində Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içində ümumi çəkisi 900 qram "metamfetamin" narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülüb.
Növbəti gün saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli "Vaz" markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləş­dirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram "tiryək", 600 qram "heroin", 5200 qram "marixuana", 500 qram metamfetamin)və 2000 ədəd "tramadol" həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.
Noyabrın 29-da saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Əraziyə baxış zamanı aşkar olunmuş 1 ədəd bağlamadan təxmini çəkisi 11 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddə (8000 qram "heroin", 3000 qram "marixuana", 200 qram "metamfetamin") götürülmüşdür.
Həmin gün saat 02:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Qazax rayonunun Sınıq körpü adlanan ərazisi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kür çayında Gürcüstandan Azərbaycana doğru 1 ədəd rezin qayığın hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan qayıqdakı şübhəli şəxslər özlərini suya atıb və havanın qaranlıq olmasından istifadə edərək hadisə yerindən qaçmağa nail olublar. Qayığa baxış zamanı içərisində 4519 ədəd müxtəlif çeşidli dərman preparatları aşkar olunaraq götürülüb.
Dekabr ayının 6-da saat 20:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidlikəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində özünü şübhəli apararaq sərhəd naryadının diqqətini cəlb etmiş 1 nəfər naməlum şəxs ərazidən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıb.
Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Əzimov Pərviz Əzim oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 2 kiloqram 355 qram narkotik vasitəyəbənzər maddə(130 qram "heroin", 1925 qram "marixuana", 300 qram metamfetamin) və 400 ədəd"gabapentin-300"həbi aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdiİrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum etdi

Sosial       Tarix: 09 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbər krimnal bugun xəbər bugünkü son xəbərlər