İrandan Türkiyəyə raketləri kimlər atır? - SENSASİON FAKTLAR
İrandan Türkiyəyə atılan 4-cü ballistik raket də NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bu hadisə İran–Türkiyə münasibətlərinə necə təsir edə bilər?
Hadisə ilə bağlı KONKRET.az-a danışan siyasətçi Aydın Sezər bildirib ki, Ankara İranın raket fəaliyyətlərini "dolayı təhdid" kimi deyil, birbaşa milli təhlükəsizlik riski kimi qiymətləndirir.
Siyasətçinin sözlərinə görə, bu baxımdan da Milli Təhlükəsizlik Şurası və Milli Müdafiə Nazirliyi səviyyəsində İrana sərt şəkildə diplomatik xəbərdarlıqlar edilə bilər. Çünki bu, ikitərəfli münasibətlərdə gərginlik yaradır.
"İran Türkiyə ilə birbaşa münaqişə riskinə girməyəcək; Ankara da Tehranla "körpüləri yandırmaq" istəmir. Bununla belə, diplomatik kanallarda sərt bir tonun yaranması ehtimalı var", — deyə Sezər əlavə edib.
Siyasətçi qeyd edib ki, dördüncü raket hadisəsi artıq "təsadüfi" deyil, trendə çevrilib.
Müharibə zamanı İranın tam olaraq hökumətin nəzarəti altında olub-olmadığı aydın deyil. Bu raket hücumlarının arxasında müxtəlif şəxslər dayana bilər. Çünki İranda komanda strukturu aradan qaldırılıb.
Aydın Sezərin fikrincə, yerli qüvvələr öz təşəbbüsü ilə də bu addımı ata bilər. Bu hadisələr Türkiyənin Qərb və NATO ittifaqı ilə əlaqələrini gücləndirmək üçün bir fürsətə çevrildi. Türkiyədə aparılan sorğular ictimaiyyətin NATO-ya inamının əhəmiyyətli bir hissəsinin artmağa başladığını göstərir.
Aydın Sezər vurğulayıb ki, hadisələr daha da irəli getməyəcək. Lakin ehtiyatlı olmaq lazımdır. Türkiyə-İran münasibətlərində pessimist mənzərənin yaranacağını gözləmirəm.
Dəniz Pənahova
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK