İranın İsraili iflic edə biləcək gizli silah planı ifşa olundu – Nüvə proqramına ağır zərbə
İranla İsrail arasında son hərbi qarşıdurma yalnız bir əməliyyat deyil, həm də Yaxın Şərqin yaxın gələcəyini müəyyənləşdirəcək geosiyasi dönüş nöqtəsinə çevrilib.
"The Washington Post"un tanınmış şərhçisi Devid İqnatiosun əldə etdiyi məlumata görə, ABŞ və İsrailin İranın nüvə obyektlərinə və elmi elitasına endirdiyi zərbələr nəticəsində İran "nüvə silahına sahib olmaq astanasında olan dövlət" statusunu itirib. Hazırda İranın hərbi nüvə proqramı ən azı bir il geri atılıb.
KONKRET.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, yalnız texniki infrastruktur deyil, həm də proqramın intellektual və təşkilati beyni sıradan çıxarılıb. Əsas elmi komandalar dağıdılıb, aparıcı fizika alimləri məhv edilib və qalan mütəxəssislər qorxu içində fəaliyyətlərini dayandırıblar.
Bundan əlavə, İqnatiosun yazdığına görə, İranın geniş ictimaiyyətdən gizlədiyi və elektromaqnit bombası üzərində işlədiyi layihə də zərbə altına düşüb. Bu bomba İsrailin bütün elektron sistemlərini iflic etməyə hesablanmışdı. İddiaya görə, SEPAH (İranın İnqilab Keşikçiləri Korpusu) bu silahı Ayətullah Xameneinin nüvə və hidrogen bombası istehsalına qarşı fətvasına uyğun "ideoloji cəhətdən qəbuledilən yol" kimi görürdü. Lakin bu gizli layihə də ifşa edilib – alimlər öldürülüb, logistika pozulub, strateji düşüncə darmadağın edilib.
İsrailin kampaniyası əvvəlcə seçilmiş hədəfləri vurmaq kimi başlamışdı, lakin sonradan İranın hərbi layihəsinin tamamilə intellektual və texnoloji cəhətdən dağıdılmasına çevrildi. ABŞ-ın uzaq mənzilli aviasiya və qanadlı raket dəstəyi bu kampaniyanı strateji qələbəyə çevirdi.
İqnatios yazır ki, bu yalnız hərbi deyil, həm də psixoloji və institusional məğlubiyyətdir. İran artıq gizli nüvə silahı hazırlamaq əvəzinə, elmi təcrid, beynəlxalq nəzarət və mümkün növbəti zərbə qorxusu altında yaşamağa məcburdur.
Lakin təhlükə tam keçməyib. Ekspertlər bildirir ki, İran regionda proksi hücumlar, kiberzərbələr və terror aktları təşkil etməyə hələ də qadirdir. Münaqişə yeni mərhələyə keçib – artıq bu müharibə səngiməyib, sadəcə formasını dəyişib.
Nəticə aydındır: İsrail gizli nüvə və elektromaqnit silahına cəhdləri belə dözülməz hesab edir. Yeni güc balansı artıq diplomatik masada deyil, İsfahanın dağıdılmış yeraltı laboratoriyalarında formalaşdırılıb.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı