İranın XİN başçısının Azərbaycana səfər proqramı AÇIQLANDI
Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə gəlir.
Azxeber.com xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: "Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişafa meyllidir.
Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu".
Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı