İranlı ekspert Həsən Cabbari Nasir: "Bütün bunlar erməni təbliğatından başqa bir şey deyil" - MÜSAHİBƏ

İranlı ekspert Həsən Cabbari Nasir: "Bütün bunlar erməni təbliğatından başqa bir şey deyil" - MÜSAHİBƏİranlı ekspert Həsən Cabbari Nasir: "Bütün bunlar erməni təbliğatından başqa bir şey deyil" - MÜSAHİBƏ
İran koronavirus epidemiyası və Qərbin sanksiyaları səbəbindən çətin vəziyyətdədir. Bu, sirr deyil. Lakin erməni analitiki Tevos Arşakyanın son açıqlaması gözlənilməz olub. Onun sözlərinə görə, İran "bu dövlət üçün dünyaya praktiki olaraq yeganə pəncərə kimi qalan" Ermənistanın sayəsində ayaqda dura bilib.
Siyasi elmlər namizədi, İran İslam Respublikası Sosial-Mədəni Problemlər Milli İnstitutunun elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Cabbari Nasir Media.Az-a müsahibəsində bu fikirlə razılaşmadığını bildirib:
- Sanksiyalar altında və koronavirus pandemiyası şəraitində olan İranda vəziyyət necədir?
- İranda iqtisadi və siyasi vəziyyətin fərqli olduğunu anlamaq lazımdır. Əlbəttə ki, sanksiyalar və koronavirus İran İslam Respublikasına (İİR) ciddi zərbə vurdu. İİR hətta Qazaxıstandan, Rusiyadan, Özbəkistandan tibbi maska ala bilmir, çünki bank sistemi ilə pul köçürmək mümkün deyil. Eyni problemlər dərmanlar üçün də var. Beləliklə, bir daha təkrarlayıram, sanksiyalar yaxın gələcəkdə bitməyəcək böyük bir problemdir.
Ancaq siyasi, diplomatik sahələrdə İranın mövqeyi güclüdür. Rusiyadan, Çindən dəstəyi var və bu, göz qabağındadır. Tehranın Bakı ilə sıx münasibətləri var, Türkiyə və hətta ərəb dövlətləri, məsələn, Küveyt, Qətərlə də yaxşı əlaqələri var.
- Ermənistanda deyirlər ki, İran İslam Respublikası Yerevan sayəsində sanksiyalar və koronavirus dövründə ayaqda durur. Çünki İranın bu ölkə ilə sərhədi açıqdır.
- Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi problemlər var. Bu ölkələrin yaxınlığında bir qonşu var - İran.
Azərbaycanla İran arasında müəyyən çətinliklər var, ancaq bu, problem deyil. Tehranda pantürkizmdən çəkinirlər. Eyni zamanda, İranın kursu iki istiqamətə yönəlib - İrançılıq və İslamçılıq. Bir daha vurğulayıram ki, Tehran Bakını dost hesab edir. Azərbaycanda müsəlmanlar yaşayır, bu, İslam Respublikası üçün vacib amildir. İran şəhərlərində, məsələn, Ərdəbildə və digər bölgələrdə əhali Azərbaycanı dəstəkləmək üçün mitinqlərə çıxır.
Ermənistana gəlincə, İranın bu ölkə ilə ümumiyyətlə, heç bir problemi yoxdur. Ermənilər iranlıların gözündə heç bir təhlükə yaratmır.
Bununla belə, Ermənistanla xüsusi iqtisadi qarşılıqlı əlaqə yoxdur, ancaq Azərbaycanla var.
Həmçinin, Ermənistandan İrana hər hansı yardım barədə eşitməmişəm. Məgər Ermənistan bizə koronavirus zamanı humanitar yardım göndərib? Yoxsa 100 milyon dollar yollayıb? Ya bəlkə, erməni tərəfi Ukraynadan, yaxud başqa bir dövlətdən gələn yüklərin ölkələrindən keçməklə İrana çatdırılmasına və pulunun ödənilməsinə kömək edib?
Ermənistan İrana mal və dərman tədarükü üçün bir haba çevrilməyib. Deməli, bütün bunlar sadəcə, təbliğatdır. /oxu.az

Siyasi       Tarix: 27 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler