İraq SOCAR-la əməkdaşlıq etməkdə maraqlıdır
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İraqın ölkəmizdə səfərdə olan neft naziri İhsan Əbdül Cabbar İsmailin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azxeber.com-un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft sənayesinin inkişafı barədə məlumat verib, müstəqillik dövründə əldə edilmiş uğurlardan, həyata keçirilmiş möhtəşəm layihələrdən, yaradılmış texnoloji və iqtisadi potensialdan bəhs edib.
Hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-inin ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edildiyini qonaqların diqqətinə çatdıran R.Abdullayev "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulayıb. Qonaqlar SOCAR-ın tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin, müxtəlif peşə təhsili məktəblərinin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.
İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında danışan nazir İhsan Əbdül Cabbar İsmail hazırda qarşılarında duran əsas vəzifələrdən bəhs edib, böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını nəzərə çatdırıb.
SOCAR-ın prezidenti əməkdaşlıq üçün geniş imkanlarının mövcud olduğunu, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar