İrəvan müharibəyə hazırlaşır - Polkovnikdən XƏBƏRDARLIQ

İrəvan müharibəyə hazırlaşır - Polkovnikdən XƏBƏRDARLIQErmənistan başda Fransa və Hindistan olmaqla, bir sıra ölkələrdən silah tədarükünə davam edir. Hər nə qədər alınan silah-sursat və texnikanın sadəcə müdafiə məqsədi daşıdığı elan olunsa da, faktlar bunun tam əksini sübut edir. Hazırda İrəvan bir sıra ölkələrlə silahlanma məqsədi ilə sıx əməkdaşlıq edir.Bəs Ermənistanın intensiv silah tədarükünün arxasında hansı məqsədlər dayanır?
KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, hazırda Ermənistan üçüncü müharibəyə hazırlaşır:
"Ermənistanın silahlanmasının əsas səbəbi 44 günlük müharibə zamanı itirdiyi artilleriya, texnika və silah arsenalının yerini doldurmaq cəhdləridir. Nə qədər də müdafiə silahları desələr də, Fransa və Hindistandan alınan silahların hücum təyinatlı olduğunu görürük. Deməli, Ermənistan üçüncü müharibəyə hazırlaşır. Bunun üçün də Ermənistan öz hərbi-texniki arsenalını ən azından 2020-ci ilin 27 sentyabrındakı vəziyyətə gətirməyə çalışacaq. Onların Fransadan aldıqları "CAESAR" özüyeriyən haubitsalarının atış məsafələri 40 kilometrə qədər zərbə endirmə imkanı verir. Digər hərbi texnika olan "Penayka" reaktiv yayılım-atəş sistemləri 120 kilometrə qədər ərazilərimizin dərinliyinə zərbə endirmə gücünə malik silahdır. Ermənistan həm də İrandan alacağı pilotsuz uçuş aparatları ilə bağlı məlumatları gizli saxlamağa çalışır. Təbii ki, Ermənistan nə qədər "sülh sazişi imzalamağa hazırıq" desə də, görünür ki, hərbi qarşıdurmaya daha çox meyillidir".
Polkovnik silahlanmanın Ermənistan üçün heç bir müsbət nəticə verməyəcəyini qeyd edib:
"Hazırda Paşinyanı hakimiyyətə gətirən qlobal güclər cənubi Qafqazda yeni bir müharibə modelləşdirir. Güc balansında Azərbaycan silahlı qüvvələri qlobal hərbi güc indekslərində Ermənistandan açıq fərqlə öndədir. Ermənistanın bu fərqi tam və nisbətən aradan qaldırması mümkün deyil. Cənubi Qafqazda Azərbaycan artıq həm hərbi, həm də siyasi gücdür. Burada məsələ "Ermənistan nəyi qazanar" deyil. Əsas məsələ müharibənin başlayacağı təqdirdə itirən tərəflərin Ermənistan və Azərbaycan olacağıdır. Qlobal güclər üçün kimin nə itirəcəyi önəmli deyil, onlar üçün silah-sursatlarının satışı daha vacibdir. Ermənistan üçün Azərbaycanla güc nisbətini qapatmağa azı 5 il vaxt lazımdır".

Siyasi       Tarix: 30 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az son xeberler 2026 cəbhədən şad xəbər xankendi