İrəvandakı Fransa səfirindən təxribat cəhdi

İrəvandakı Fransa səfirindən təxribat cəhdiÖzünün sıradışı gedişləri ilə Güney Qafqazda xalqlar arasında anlaşma və sülhü əngəlləyən Fransanın davranışları heç kimi təəccübləndirmir. Bu dövlətin Prezidenti Emmanuel Makron başda olmaqla yüksək vəzifəli rəsmilər bir qayda olaraq guya ermənilərə yardım etmək üçün Azərbaycana "sataşmağı" özlərinə adət ediblər.
İndi də Fransanın İrəvandakı səfiri Olivye Dekotini (Olivier Decottignies) öz ağlınca Azərbaycana dil uzadıb. O, sosial media hesabında hazırda İranın nəzarətində olan və rəsmən "Qərbi Azərbaycan" adlandırılan ostanın xəritəsini paylaşaraq ingilis dilində "The one and only" (Tək və yalnız) qeydli paylaşım edib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, "səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir. Halbuki bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Nə deyirik ki, sağ olsun. Olivye Dekotini kimi "diplomatları" maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Quzeydə Ermənistandan başlayaraq Güneydə onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə".
Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib: "Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq". / azxeber.com

Siyasi       Tarix: 26 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar bugunun xeberleri cəbhədən ən son xəbərlər maşın realiti şou