İrəvandan "alman" gedişi - Düşmənin yeni hiyləsi

İrəvandan Ermənistandan Münhen Təhlükəsizlik Konfransında Paşinyanla yanaşı müdafiə naziri də iştirak edir; polkovnik məkrli planları açıqladı
Ermənistanın müdafiə naziri Suren Papikyan Almaniyaya gedib. Erməni KİV-in məlumatına görə, nazirin Münhen Təhlükəsizlik Konfransında iştirakı gözlənilir. Onun həmçinin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Papikyan bundan günlər öncə Hindistanda olmuşdu. Maraqlıdır ki, Almaniyaya səfər ərəfəsində Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-nin Almaniyadakı "Hoenfels" hərbi bazasında keçirilən "Joint Resolve-2025″ hərbi təlimlərində iştirak edir. Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.
Ermənistan KTMT üzvü ola-ola, – hərgah, fəaliyyətini "dondurduğunu" elan edib, – hərbi sahədə əməkdaşlıq vektorunu tamamilə dəyişməkdədir. Bir yandan nazir Münhenə gedir, eyni vaxtda erməni hərbçilər Almaniyadakı ABŞ bazasında hərbi təlim keçirlər. Bu da diqqətçəkicidir ki, Münhen Konfransında Azərbaycandan XİN rəhbəri Ceyhun Bayramov, Ermənistandan isə baş nazir Paşinyanla yanaşı müdafiə naziri də iştirak edir. Bu qəbil addımlar sözsüz ki, Ermənistanın sülh bəyanatlarının yalnız gözədən pərdə asmaq niyyəti güddüyünü təsdiqləməklə yanaşı, onun müharibə hazırlığından xəbər verir. Ermənistanın bu cür addımları son nəticədə Azərbaycanla münaqişəni təzədən alovlana bilərmi?
İrəvandan Rövşən Məhərrəmov
Hərbi Polisin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, Ermənistan artıq üçüncü dəfədir ABŞ-la birgə hərbi təlimlərdə iştirak edir: "Bu təlimlərin ikisi Ermənistanda, biri isə Almaniyadakı Amerika hərbi bazasında reallaşdırılıb. Diqqətçəkən məqamlardan biri isə odur ki, hərbi təlimə hərbi polis də cəlb olunub. Hərbi polisin vəzifələrindən biri də diversiya qruplarına qarşı mübarizə aparmaqdır. Kolonların ön xəttə daşınması, ön xətdəki qoşunlara yardım etmək və digər xüsusi tədbirlər var ki, onlar hərbi polisin vəzifəsidir. Görünən odur ki, Ermənistan hərtərəfli əhatə olunan təlimlər keçirir. Bu, müharibəyə hazırlıqdır. Hərbi polisi təlimləndirir ki, müharibədə diversiya qrupları ilə necə mübarizə aparmaq lazımdır və sair. Müdafiə naziri Papikyanın Hindistana getməsi, öldürücü müasir silahlar əldə etməsi, silah alışı ilə bağlı müəyyən razılaşmalara nail olunması, hücum silahlarının alınması üçün addımlara xüsusi yer ayırmaları, Almaniyadakı konfransa məhz müdafiə naziri Papikyanın qatılması və digər baş verənlər ondan xəbər verir ki, Ermənistan müharibəyə başlamaqda qərarlıdır".
R.Məhərrəmov əlavə etdi ki, bu baxımdan, qarşıdakı dövrlərdə istənilən an iki ölkə arasında hərbi toqquşma başlaya bilər: "Ermənistan əhali arasında da son vaxtlar müharibə əhval-ruhiyyəsinə köklənmə müşahidə edilir. Yəni bir neçə ay öncəyə qədər xalq arasında müharibə əhval-ruhiyyəsini daha çox müxalifət, əsasən də revanşsit qüvvələr təbliğ edirdisə, son zamanlar hakimiyyət də həyata keçirdiyi addımlarla xalq arasında revanşist əhval-ruhiyyənin artmasını tətikləyir. Özlərinə biraz silah toplayıblar və Amerika ilə hərbi təlimlər keçirlər deyə Ermənistan hökumətində və cəmiyyətində müharibə əhvalı artır. Ona görə də hər an hərbi təxribat törədə bilər. Dövlətimiz, ordumuz təxribatların qarşısını almağa hazır olmalıdır".
Ekspert vurğuladı ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmasında əsl məqsədinin nə olduğu hər keçən gün daha da aydın olur: "Məqsəd mümkün qədər vaxt udmaq və mümkün qədər silah toplamaq, ordunu gücləndirmək və qəfildən Azərbaycana qarşı yenidən müharibəyə başlayıb ərazilər ələ keçirməkdir. Öz aləmlərində düşünürlər ki, bu yolla yenidən Azərbaycan torpaqlarını, Qarabağı yenidən ələ keçirə bilərlər. Bu dəfə başlamaq istədikləri müharibəyə Qarabağdan ermənilərin təbirincə desək "qovulmuş erməni əhalinin" evlərinə qayıdıb yaşamalarını təmin etmək üçün "tədbir" adı qoymaq istəyirlər. Azərbaycan ordusu şübhəsiz ki, Ermənistanın bu xam xəyallarının həyata keçməsinin qarşısını anındadaca almaq qüdrətinə malikdir. Bu dəfə ermənilər müharibəyə cəhd edəcəklərsə müharibə Azərbaycan ərazisində getməyəcək. Azərbaycan siyasi və hərbi rəhbərliyi şübhəsiz Ermənistanın müharibə hazırlıqları istiqamətində hərəkət trayektoriyasını diqqətlə izləyir. Yəqin ki, hər bir yaranacaq vəziyyətə uyğun tədbirlər hazırlanır".
Hərbi analitikin sözlərinə görə, Azərbaycan Ermənistanın yeni aldığı silahları məhv etmək, o silahların qarşısını almaq üçün alternativ silahlar əldə etməlidir: "Yəqin ki, bu istiqamətdə də addımlar atılır. Bunlar edilməlidir ki, gələcəkdə istənilən təhlükəyə tutarlı cavab verilsin və Ermənistan 44 günlük müharibədəki aldıqları zərbənin ən azı iki qatını ala bilsin".
R.Məhərrəmov onu da dedi ki, Ermənistanın KTMT-nin üzvü olduğu halda KTMT qüvvələri ilə birgə təlimlərdən yayınıb Amerika ilə hərbi təlimlər keçirməsi ilk növbədə Rusiyada məntiqlə qıcıq yaratmalıdır. Onun fikrincə, hələ ki, Rusiyadan bu vəziyyətə adekvat reaksiya görünmür: "Sanki Rusiyanın da siyasi, hərbi dairələrində Ermənistanın hər nə yolla olur-olsun hərbi baxımdan güclənməsini və Azərbaycanla müharibə edə biləcək səviyyəyə gəlib çatmasını istəyən qüvvələr var. Ona görə də Ermənistanın KTMT-ni kənara qoyub ABŞ hərbçiləri ilə tez-tez təlimlər keçirməsini, başqa-başqa ölkələrdən silah almasını sakit şəkildə izləyirlər. KTMT-Ermənistan əməkdaşlığı kağız üzərindədir. Praktiki əməkdaşlıq ABŞ-la, Avropa dövlətləri ilə həyata keçirilir. KTMT-nin başında dayanan Rusiya isə bunu susqunluqla qarşılayır".//Musavat.com / konkret.az

Siyasi       Tarix: 15 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 en son xeberler xeber saytlari futbol xeberleri