İrəvandan Azərbaycana təhlükəli genişlənmə… – Generalın məqaləsindəki şifrələr

İrəvandan Azərbaycana təhlükəli genişlənmə… – Generalın məqaləsindəki şifrələr"Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovun məqaləsindəki tezislər dövlətin hücum və müdafiə öhdəlikləri kontekstində strategiyasını dərinləşdirdiyinə birbaşa işarə vurur. Bu strategiya təkcə Ermənistanın mümkün hərbi təxribatlarına qarşı deyil, eləcə də, İrəvan üzərindən Azərbaycana qarşı təhlükəli genişlənmə həyata keçirmək istəyən qlobal və regional güclərə qarşı mübarizəni təmsil edir".
KONKRET.az xəbər verir ki, bu sözləri analitik Aqşin Kərimov Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məqaləsindəki tezisləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanı hərbi cəbhədə silahlandırmaq istəyənlər – əsasən Fransa və Hindistan – regionda kəşfiyyat fəaliyyətlərini də genişləndirirlər:
"Mümkündür ki, Azərbaycanın regional dinamikaya təsirlərini azaltmaq üçün Bakıya qarşı cəbhənin flaqmanı olan dövlətlər ziddiyyətli maraqları olsa da, kəşfiyyat fəaliyyətlərini koordinasiya edirlər.
Deməli, Ramil Usuovun ifadə etdiyi mövqedəki "xarici dövlətlər"ə qarşı mesajlar Azərbaycanın perspektiv kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri ilə əlaqədar yeni mərhələli güclü müdafiə qabiliyyətləri quracağını vurğulayır.
Əgər İrəvan Bakının tələbləri əsasında sülh müqaviləsini imzalamaqdan imtina edərsə, prosesin Ermənistan üçün nəticələri daha acınacaqlı olacaq.
Ramil Usubovun yazdığı cümlələr Ermənistan üçün açıq tərəfləri ilə bərabər, həm də gizli bir çağırışdır. Açıq faza Ermənistanla razılaşdırılmış sülh və təhlükəsizlik elementlərinin daha da təkmilləşərək Azərbaycanın mütləq strateji xeyrini dərinləşdirmək, prosesin Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların qayıdışı ilə yekunlaşdırılmasını təmin etməkdir".
Ekspert deyib ki, qapalı mərhələ isə İrəvanın sülh gündəmindən yayınacağı halda atılacaq addımlardır:
"Biz bu mərhələni təkcə hərbi-strateji müstəvidə deyil, həm də kəşfiyyat sahəsindəki böyük həmlələrlə təsvir edə bilərik.
Nəticə olaraq, məqalənin mahiyyəti İrəvan uğrunda aparılan mübarizənin açıq və qaranlıq tərəflərində Azərbaycanın genişləndirilmiş vahid strategiya tətbiq edəcəyini bildirir.
Azərbaycan İrəvanı sülhə, buna qarşı olanlar isə İrəvanı təxribata, eskalasiyaya çəkmək istəyir. Məqalədən çıxara biləcəyimiz ikinci nəticə, Azərbaycanın İrəvanı sülh gündəmindən geri çəkmək istəyən güclərlə həm də kəşfiyyat "müharibəsinə" hazırlıq potensialını nümayiş etdirir"./globalinfo.az

Siyasi       Tarix: 05 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal bugun son xeber az metbuat