İrəvanın Bakıya qarşı sonuncu "kozır"ı - Ermənistan yenə təkləndi

İrəvanın Bakıya qarşı sonuncu "Dəmir yumruğ"u bir daha dadan düşmən tərəf növbəti dəfə dərsini aldı; separatçı-silahlı quldurlar Qarabağdan qaçır; antiterror əməliyyatına gərək qalmaya da bilər…
Ermənistanın Qazaxıstan olaylarından, daha dəqiqi, ora KTMT "sülhməramlıları"nın yeridilməsi insidentindən yararlanmaq cəhdləri bir-bir iflas olmaqdadır. Dövlət sərhədinin Kəlbəcər istiqamətində düşmən tərəfin boşa çıxan son təxribatları ən əvvəl bu hədəfə hesablanmışdı. Lakin bir daha layiqli və artıqlaması ilə cavabını alan (4 ölü, neçə-neçə yaralı) Ermənistana nə "Rus NATO-su"ndan və müttəfiq Rusiyadan, nə də sevimli Qərbindən heç bir dəstək və ya dəstək bəyanatı gəlmədi.
Bu, heç gözlənilmirdi də. Görünür, İrəvanda təzədən ordumuzun sayıqlığı ilə yanaşı, KTMT adlı hərbi-siyasi təzyiq alətini yoxlamaq qərarına gəliblər. Amma artıq əmin oldular ki, həmsərhəd bölgələrə iddia ilə bağlı Azərbaycana qarşı oynamaq istədikləri "terrorçu oyunu"nu nə dünya, nə də Ermənistanın əsas varlıq qarantı Rusiya ciddi sayır. Əvəzində daha bir neçə hərbçi itirdilər, iki erməni postu darmadağın edildi.
Son olaylar növbəti dəfə İrəvana sərt formada dərs olmalıdır. Erməni tərəfi bilməlidir ki, tezliklə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə razılıq verməsə, provokasiyalardan əl çəkib konstruktiv mövqe tutmasa, özünün beynəlxalq səviyyədə tanınan sərhədləri ilə qane olmasa, təklənməyə və daha ağır itkilər verməyə davam edəcək. Bu xüsusda Paşinyan hökumətinə xəbərdarlıqlar artmaqdadır…
*****
İrəvanın Bakıya qarşı sonuncu "Dünən (srağagün-red.) Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarına yeni komandanın təyin olunduğu gün bu terror aktının törədilməsinin heç bir məntiqli açıqlaması yoxdur. Tək bir səbəb var. O da budur ki, Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və buraya xarici hərbi müdaxilənin "vacibliyini" göstərmək üçün yeni bir bəhanə axtarırlar".
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Hərbi ekspert Ermənistanın törətdiyi terror aktları ilə bölgədə vəziyyətin gərgin olduğu görüntüsünü vermək istədiyini qeyd edib. "Ermənistanın digər məqsədi isə Azərbaycanı yanlış və düşünülməmiş addımlar atmağa təhrik etməkdir. Hər zaman vurğuladığımız kimi, şəhid olan və yaralanan hər bir Azərbaycan əsgərinin intiqamı mütləq alınmalı, atəşin açıldığı silah sistemləri, post və atəş açan erməni terrorçuları yox edilməlidir – necə ki, ötən gün bu baş verdi. Azərbaycan Ordusunun törədilən terror aktına layiqli cavab verdiyinə artıq kimsə şübhə etmir. Lakin Azərbaycanın Ermənistanın hazırladığı tələyə düşməməsi çox vacib məsələdir. Son nəticədə bu terror aktı bir təsadüf deyil və Ermənistan sülhməramlıların yeni komandanına "xoş gəldin" mesajı verməyə çalışır", – deyə o qeyd edib.
*****
İrəvanın Bakıya qarşı sonuncu "Hazırda bir çox ekspertlər Azərbaycanla Ermənistan sərhədində növbəti gərginliyin baş nazir Nikol Paşinyanın göstərişi ilə baş verdiyini bildirirlər. Həmin fikirlərə əsasən, Paşinyan rəhbərliyi KTMT-dəki sədrliyindən və Qazaxıstanda yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Amma erməni hərbçilərin təxribatının birbaşa İrəvandan gəlməsi versiyasını qəbul etsək belə, Paşinyan KTMT-ni və ələlxüsus Kremli qonşu Azərbaycan tərəfindən təcavüzə məruz qaldığına, yaxud uydurma terrorçuların hücumuna inandıra bilməz".
Bunu isə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
"Unutmaq olmaz ki, məhz bu yaxınlara qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. KTMT-ni istifadə etmək üçün Nikolun heç bir "kozırı" yoxdur. Nə təcavüz var, nə terrorçular, nə də xaricdən dövlət çevrilişinə cəhd. Hazırda Paşinyan rejimini devirə biləcək qüvvələr elə İrəvanın özündə oturur – "Qarabağ klanı"nın timsalında rusiyapərəst müxalifət. Amma Moskva hələ ki bu "rıçaq"dan istifadə etmir", – politoloq vurğulayıb.
Buna baxmayaraq, ekspertin fikrincə, Paşinyan Tokayev tərəfindən cavab hərəkətlərinə ümid edir: "Çünki əgər əvvəllər Qazaxıstan rəhbərliyi Qarabağ məsələsində, KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla müttəfiq olmasına baxmayaraq, daha çox Azərbaycanın tərəfini tuturdusa, indi rəsmi Nur-Sultana daha çətin olacaq. Və əlbəttə ki, Paşinyan nümayiş etdirdiyi həmrəyliyə görə Kremlin minnətdarlığına ümid bəsləyir…"
*****
İrəvanın Bakıya qarşı sonuncu Qeyd edək ki, düşmənin Kəlbəcər təxribatları ilə paralel, Qarabağın anklav hissəsində silahlı separatçı ünsürlərin də fəallaşması müşahidə edilirdi. Təbii ki, sərhəddə sınıq-salxaq Ermənistan ordusunun növbəti dəfə öz layiqli cavabını alması, "burnunun ovulması" anklavdakı qanunsuz dəstələrə və onların varlığına da neqativ təsir edir.
Diqqətçəkicidir ki, məhz son hadisələr fonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan anklavda qanunsuz erməni silahlı dəstəsinin 30-dan çox üzvünün kütləvi şəkildə fərarilik eləməsi haqda məlumat yayılıb. Bildirilir ki, həmin ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri arasında özbaşınalıq, narazılıq artmaqdadır və fürsət düşən kimi "könüllülər" ailələrini götürüb Ermənistana köçürlər.
Bu, əlbəttə ki, hələ başlanğıcdır. Anklavda ilişib qalan silahlı-silahsız ermənilərin sabaha ümidləri sarsıldıqca, yaşamaq imkanları kritik hala gəldikcə, fərarilik daha böyük miqyas alacaq, dabanlarına tüpürüb qaçacaqlar. Odur ki, Azərbaycan Ordusunun, komandoslarımızın antiterror əməliyyatına lüzum qalmaya da bilər…/musavat.com/

Siyasi       Tarix: 13 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə siyaseti xeberler bugun cəbhədən son xeber xəbər.az